Tərkibi:
* 2.5 çay stəkanı + 4 yemək qaşığı un
* 2 su stəkanı toz şəkər
* 1 litr süd
* 2 paket vanil
* 3 yumurta
* 350 qr kedi dili biskvit
* 1 su stəkanı vişnə
* 1 paket vişnə jelesi
* Toz Püstə
Hazırlanması :
Asanca hazırlana bilən tort tərifləri arasında üst sıralardadır. Bir
qazana un, toz şəkər və südü töküb orta qazda davamlı qarışdıraraq
bişirin. Qazdan götürüb dərhal vanilləri əlavə edin və mikserlə çırpıb
soyudun. Qarışığın içinə tək-tək yumurtaları əlavə edin və yaxşıca
çırpın. Bucaqlı bir qəlibə kedidili biskvitləri bir sıra düzün. Üzərinə
kremin yarısını yayın. Təkrar bir sıra kedi dili biskvit düzüb qalan
kremi üzərinə yayın. Üzərini tamamilə vişnələrlə örtüb jeleni paketdəki
tərifə görə hazırlayıb vişnələrin üzərinə tökün. Soyuducunda 1-2 saat
gözlədin. Üzərinə toz Antep fıstığı səpib xidmət edin.
Nuş olsun! 
qadinlar.biz