İlandan xilas videosu rekord qırır - VİDEO
21.6.2013

Kosta Rika sakininin pişiyi böyük boa ilanından xilas etdiyi video internetdə böyük marağa səbəb olub.

Böyük boa ilanı pişiyi yemək istəyib. Lakin bu vaxt sahibi özünü ilanın üstünə ataraq pişiyin həyatını xilas edib.
Bu hadisə isə videoya çəkilib. Videoya bir həftə ərzində 850 min baxış olub. Müəllif Andres Qonzales isə yazıb ki, ilana heç nə olmayıb və o sağdır.

Pişiyi xilas etdikdən sonra onlar ilanı azad ediblər.
Video

publika.az