Dünya şöhrətli baba
4.7.2013

Dünya şöhrətli amerikalı aktyor, Oskar almış "Forrest Qamp" filminin qəhrəmanı Tom Henks ikinci dəfə baba olub. Hollivud ulduzunun ailəsinə yeni qədəm qoyan körpənin adını Şarlotta qoyublar. Bu uşaq aktyorun ikinci oğul nəvəsidir. 2011-ci ildə də Henksin ailəsində Oliviya adlı qız uşağı dünyaya gəlmişdi.

Şarlotta Tom Henksin amerikalı aktrisa Samanta Luislə evliliyindən olan oğlu Kolinin ikinci qızıdır. Kolinin həyat yoldaşının da adı Samantadır.

publika.az