5-7 iyul 2013-cü il tarixlərdə Xəzər dənizinin Dənizkənarı Milli Park hissəsində (Bakı buxtası) sürətli qayıqlar üzrə “Baku Grand Prix” F2 yarışı keçiriləcək.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib: “Yarışların təqdimatı iyulun 5-də saat 16.00-da, rəsmi açılış mərasimi iyulun 6-da saat 10.00-da, mükafatlandırma mərasimi isə iyulun 7-də saat 16.30-da Bakı Biznes Mərkəzində keçiriləcək. Yarışlar isə, həmin tarixlərdə, Xəzər dənizinin Dənizkənarı Milli Park hissəsində, Bakı buxtasında keçiriləcək”.
Big.az