İngiltərə vətəndaşı Devid Dey adlı gənc dünyanın ən çox işləyən insanı adını qazanıb. İngiltərənin Notinqam şəhərində yaşayan Devid Dey eyni vaxta 11 işdə işləyir.
21 yaşlı Devid həftənin 50 saatını işdə keçirdiyini, boş oturmaqdan nifrət etdiyini bildirib. O, işlərdən 5-indən maaş alır, 6-ında isə könüllü xidmət göstərir. David satıcılıq və ofisiantlıq edir, bir idman klubunda köməkçi işləyir və bir çox sosial qruplarda könüllü fəaliyyət göstərir.
Devid 11 işdə işləməsinə baxmayaraq, ayda cəmi 500 funt-sterlinq qazanır. O, işləməyi sevdiyini, pula çox da əhəmiyyət vermədiyini bildirib: “Pul qazanmaq yaxşıdır. Amma mən buna çox da əhəmiyyət vermirəm. İnsanlara kömək etmək və sevdiyim işlərlə məşğul olmaq mənim üçün daha əhəmiyyətlidir”.
Devid 10 yaşında kilsədə könüllü olaraq işə başladığını, 12 yaşında isə maaşlı işə qəbul olunduğunu qeyd edib.
Big.az