Araşdırmaçılar uşaqların yay tətilində daha çox kökəldiyini deyir. Türkiyəli mütəxəssis Nil Şahin Gürhan, 5 yaşından yuxarı uşaqların gündə təxminən 8-12 stəkan su içməli olduğunu deyir. “Diqqət edilməsi lazım olan digər məsələ, gündəlik enerji və qida ehtiyacı düzgün qarşılaya bilməsidir. Gündəlik qida ehtiyacı düzgün qarşılanmadığı zaman bəzi xəstəliklərə tutula, aşırı və boş enerji nəticəsində kökəlməyə səbəb ola bilər".
Uşaqlar yay aylarında infeksiyalara daha asan tutulur və səpkilərə daha çox məruz qalır. Bu qida zəhərlənməsi nəticəsində baş verir. Yay aylarında uşaqlar həyətdə çox oynadığı üçün toz-torpaqla birbaşa ünsiyyətdə olur. Bu isə infeksiyaların yaranmasına gətirib çıxarır. Yay meyvələri və qidalar açıq havada satılır. Bu səbəbdən meyvələrin keyfiyyətinə diqqət edin. Ərzaq alan zaman onun saxlanılma müddətinə və keyfiyyətinə xüsusi fikir verin.
Çərəzlər də yayda uşaqların daha çox kilo almasına səbəb olur. Uşaqların yayda asudə vaxtı çox olur. Vaxtlarını öldürmək üçün çərəzlərə, dondurmalara, fastfoodlara, soklara və.s gündəlik qida rassionunda daha çox yer ayırırlar. Onların tərkibində kalori yüksək, qida dəyəri və lazımi vitaminlər isə az olur. Valideynlər yay aylarında uşaqların qidalanmasına fikir verməli və istirahət vaxtını səmərəli keçirməsinə kömək etməlidir. İdman növlərinə yazdırmaqda fayda var. İstedad və qabiliyyətlərinin üzə çıxması üçün olduqca əhəmiyyətlidir.
Publika.Az