Hicri təqvimi ilə 1434-cü il Ramazan ayının ilk günü miladi tarixlə iyulun 10-a təsadüf edir.
Ramazan
ayı 30 gün olacaq. Ramazan - Fitrə bayramı miladi təqvimi ilə avqustun
9 və ya 10-na düşür. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya
gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən
gecələrə təsadüf edir.
1-ci günün duası
İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə
ibadət etməyimi ibadət edənlərin ibadətindən et. Və bu günkü gündə məni
qəflətdə yatanların yuxusundan oyat. Günahlarımı bağışla, ey aləmlərin
Allahı və ey günahkarları əfv edən!
2-ci günün duası
İlahi, məni bu gün razı olduğun əməllərə yaxın et və bu gün məni Öz
qəzəbindən uzaqlaşdır. Belə bir gündə məni kitabın sayılan Quranın
ayələrini oxumağa nail et. Ey rəhm edənlərin rəhimlisi!
3-cü günün duası
İlahi, bu gün yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh
işlərdən uzaq et. Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən
mənə pay ayır. Ey səxavətlilərin səxavətlisi!
4-cü günün duası
İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad
etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şükr etməyə hazır
et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey
görənlərin bəsirətlisi!
5-ci günün duası
İlahi, məni bu gün tövbə və istiğraf edənlərdən qərar ver. Məni
dostların sayılan saleh bəndələrindən qərar ver. İlahi, Öz məhəbbət və
mərhəmətinlə məni bu gündə Sənə yaxın olan bəndələrindən qərar ver. Ey
mərhəmət edənlərin mərhəmətlisi!
6-cı günün duası
İlahi, məni bu gün Sənin sözündən çıxıb, günah etməklə xar və zəlil
etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bu gün Öz minnət və qüdrətin
ilə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son
arzusu!
7-ci günün duası
İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər etməkdə kömək ol.
Belə bir gündə məni bu günün əyri yollarından və günahlarından
uzaqlaşdır. Məni Öz köməyinlə Səni daim yad etməkdə müvəffəq et. Ey
yolunu azmışlara yol göstərən!
8-ci günün duası
İlahi, bu gün məni yetimlərə fəhm edən və Sənin yolunda yoxsullara yemək
bəxşiş edənlərdən və salam verənənlərdən qərar ver. Məni Öz nemətinlə
kəramətli və yaxşı insanlarla yoldaş et. Ey arzu edənlərin sığınacaq və
pənahı!
9-cu günün duası
İlahi, mənə bu gün Öz geniş və vüs'ətli rəhmətini qismət et və məni
aydın, qüdrətli dəlillərinlə hidayət et. Məni Öz məhəbbətinlə istədiyin
əməllərin hamısına müvəffəq et. Ey istəklilərin yüksək arzusu!
10-cu günün duası
İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən qərar ver. Belə bir gündə
Sənin hüzurunda yaxşı işlərdə müvəffəq olanlardan hesab et. Məni Öz
ehsanınla yaxın bəndələrindən qərar ver. Ey istəyənlərin son istəyi!
11-ci günün duası
İlahi, bu gun məni yaxşı əməllər etməyə həvəsləndir. Belə bir gündə,
məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat. Mənə qəzəb və cəhənnəm
atəşini haram et. Ey pənahsızların ən ulu pənahı!
12-ci günün duası
İlahi, məni bu gün günahdan qorunub, iffətli olmaqla zinətləndir. Mənə
kifayət edən halal mal ver və qənaət libasını mənə geyindir. Məni belə
bir gündə insafla yaşamaqda müvəffəq et. Məni qorxduğum işlərdən amanda
saxla. Ey qorxanların ismət və qoruyanı!
13-cü günün duası
İlahi, məni bu gün çirkin əməl və pis işlərdən oak et. Belə bir gündə
qarşımıza çıxan hər bir asan və ya çətin işə qarşı səbr vədözüm ver.
məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et. Ey
yoxsulların gözünün işığı!
14-cü günün duası
İlahi, bu gün məni düzğün əməllərdə çaşıb, səhv etdiyim işlərdə məzəmmət
etmə. Belə bir gündə Səndən üzr diləyib, etdiyim xəta və günahlarda
məni bağışla. Ey müsəlmanların əzəmət və izzəti!
15-ci günün duası
İlahi, bu gün məni Sənə həqiqi tə'zim edib ulu sayılanlar kimi itaət
etməyə müvəffəq et. Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi
işıqlandır. Ey qorxanlara aman verən!
16-cı günün duası
İlahi, bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et. Belə bir
gündə məni pis insanlardan uzaqlaşdır. Səni Allahlığına and verirəm, Öz
rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır. Ey aləmləri
yaradan!
17-ci günün duası
İlahi, bu gün məni yaxşı əməllərə yönəlt. Belə bir gündə mənim bütün
arzu və ehtiyaclarımı ödə. Ey izahlara ehtiyacı olmayan Allah! Ey
hamının qəlbində olanları bilən, salamın olsun Muhəmməd və onun pak
Əhli-beytinə!
18-ci günün duası
İlahi, bu orucluq ayının səhərlərinin bərəkətini mənə düşündür. Belə bir
gündə Ramazan ayının işıq və nuru ilə qəlbimi işıqlandır. Mənim bütün
bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq
et, ey qəlbləri nurlandıran Allah!
19-cu günün duası
İlahi, Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et. Bu
ayda xeyr əməllərin yolunu mənim üçün asanlaşdır. Bu ayda olan yaxşı
əməllərin qəbul olmasından məni məhrum etmə, ey açıq-aşkar haqqın
tərəfinə yol göstərən!
20-ci günün duası
İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını
bağla. Belə bir gündə məni Qur'an oxumağa müvəffəq et. Ey mö'minlərin
qəlblərini sakitləşdirib, aram edən!
21-ci günün duası
İlahi, bu gün Öz istəkli əməllərin yolunu mənə göstər. Belə bir gümdə
şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə. Məni
cənnətdə məskunlaşdır və onu mənim üçün bir məskən qərar ver. Ey
ehtiyaclı olan bəndələrin ehtiyacını ödəyən!
22-ci günün duası
İlahi, bu gün Öz ehsan və kərəm qapılarını mənim üzümə aç və Öz
bərəkətini mənə nazil et. Məni belə bir gündə Sənin razılığın olan
əməlləri rtməyə müvəffəq et. Məni Öz cənnətinin ən gözəl yerində
məskunlaşdır, ey çarəsizlərin duasını qəbul edən!
23-cü günün duası
İlahi, bu gün mənim günahlarımı təmizləyib, çirkin və eyibli işlərdən
pak et. Mənim qəlbimi belə bir gündə qəlblərə aid olan təqva ilə imtahan
et. ey günahkarların tövbəsini qəbul edən!
24-cü günün duası
İlahi, bu gün Səndən Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbə
gətirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, belə bir
gündə məni Sənə itaət etməyə və günah etməməyə müvəffəq edəsən, ey
hacəti olanlara səxavət və kərəm göstərən Allah!
25-ci günün duası
İlahi, məni bu gün dostlarını istəyən və düşmənlərini düşmən sayanlardan
qərar ver. Məni sonuncu peyğənbərin din və şəriətini üstün tutub, ona
yaxşı əməl edənlərdən qərar ver, ey peyğəmbərlərin qəlblərini hər bir
sıxıntı və sapıntıdan qoruyan Allah!
26-cı günün duası
İlahi, bu gün mənim sə'yimi bəyənilmiş, günahımı bağışlanmış, əməlimi
qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən gözəl
eşidəni!
27-ci günün duası
İlahi, bu gün Qədr gecəsinin fəzilətini mənə nəsib et. Belə bir gündə
mənim bütün çətinliklərimi asanlaşdır və mənim üzrlərimi qəbul et. Mənim
günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. ey
saleh bəndələrə mehriban olan Allah!
28-ci günün duası
İlahi, bu gün məni öz vəzifəmdən artıq müstəhəb əməlləri yerinə
yetirməyə müvəffəq et və bütün vəzifə və məs'uliyyətlərimi hazırlayıb
əməl etməyi kəramət et. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın
olanını mənə yaxınlaşdır, ey istəyi olanların israrı və çox təmənna
etmələrinin qafil etmədiyi Allah!
29-cu günün duası
İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et. Belə bir gündə işlərimi uyğun
olmadığı və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et. Mənim qəlbimi
şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak
et, ey mö'min bəndələrinə rəhm edən Allah!
30-cu günün duası
İlahi, Səni and verirəm ağamız olan Həzrət Mühəmmədə(s) və onun pak
Əhli-beytinə. Bu ayda mənim orucumu Özün və Sənin peyğəmbərin razı
olduğu kimi mükafatlandırıb qəbul et. Bu ayda Sənin istədiyin və
müstəhəb əməllərimi, orucun vasitəsilə qiymətləndir!
Allah Oruc və Dualarınızı qəbul etsin!
shebeke.az