Bir neçə rayona təbii qazın verilişində fasilələr olacaq
12.7.2013

Bu gün Kürdəmir, Qazax, rayonlarının, Sumqayıt şəhərinin, Sabunçu rayonunun Maştağa, Nardaran, Ramanı qəsəbələrinin bir hissəsinə, Şəki rayonuna, Abşeron rayonunun Mexkalon adlanan yaşayış massivinə, Xəzər rayonunun Türkan qəsəbəsinə saat 18:00-dək təbii qazın verilişində fasilələr yaranacaq.

ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb “Ağsu” Qazpaylayıcı Stansiyasından qidalanan “Kürdəmir” ölçü qovşağında, “Cəfərabad” Avtomatik Qazpaylayıcı Stansiyasından Şəki rayonuna gedən qaz kəmərində, “Xırdalan” Qazpaylayıcı Stansiyasında “8” Xırdalan ölçü qovşağından qidalanan 273 mm-lik “Xırdalan-Mexkalon” orta təzyiqli qaz kəmərində, həmçinin “Ağköynək”, “Əskipara-1”, “Əskipara-2” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Qazax” Qazpaylayıcı Stansiyasında, “Xanlıqlar” Qaztənzimləyici Məntəqəsində təmir işlərinin aparılmasıdır.

Bundan başqa, saat 16:00-dək “Türkan-1” Qazpaylayıcı Stansiyasından qidalanan Türkan qəsəbəsinə gedən qaz kəmərində, saat 17:00-dək “Sumqayıt” Qazpaylayıcı Stansiyasından qidalanan “Şəhər qazı-1” orta təzyiqli qaz kəmərində, saat 19:00-dək “Ramanı” Qazpaylayıcı Stansiyasından qidalanan “Ramanı” ölçü qovşağında, saat 19:00-dək isə “Maştağa” Qazpaylayıcı Stansiyasından qidalanan “Maştağa-Nardaran” orta təzyiqli qaz kəmərində də təbii qaz təchizatı dayandırılacaq.

APA