Azərbaycanda başa çatan hərbçilər arasında I Dünya kubokunda milli komandamız fərqləndirilənlər arasında olub.
Aqil Məmmədov turnirin “ən yaxşı qapıçısı” nominasiyasında, müdafiəçi Nodar Məmmədov “təmiz oyun”a görə mükafat alıb.
İraq yığmasının üzvü Ahmed Hammedi bombardirlik, Oman yığmasının oyunçusu Əbdüləziz Əl-Murtazi turnirin “ən yaxşı oyunçusu” mükafatına layiq görülüb.
Qeyd edək ki, qızıl, gümüş və bürünc medalçıları müvafiq olaraq İraq, Oman və Fil Dişi Sahili yığmasının olduğu yarışda Nazim Süleymanovun yetirmələri 4-cü yerlə kifayətlənib.
publika.az