Səhv tapan qələm hazırlandı
16.7.2013

Yeni ixtira əllə yazılmış mətndə səhvləri müəyyən edir və istifadəçiyə bu barədə məlumat verir.

Görünüşcə diyircəkli qələmə oxşayan cihaz xüsusi sensorla təchiz edilib və o, ayrı-ayrı hərflərin yazılışı zamanı qələmin hərəkətini müəyyən edir və istifadəçi zəruri normadan yayındıqda ona vibro-siqnal vasitəsilə bu barədə xəbərdarlıq edir.
Sözügedən qələm ilk növbədə məktəblilər üçün nəzərdə tutulub.

Hazırda ixtiraçılar maraqlı ideyanın təkmilləşdirilməsi və kommersiyalaşması üçün vəsait toplayırlar.

publika.az