Qoç - Əgər üzərinizə çox iş götürməsəniz, çətinliklər yaranmayacaq. Unutmayın ki, çətinlik və problemləri ətrafdakılarla bölüşmək olar. Tanışlarınızın arasında istənlən köməyinizə gəlməyə hazır olan kifayət qədər adam var. Müqavilə və razılaşmaları yalnız o vaxt imzalamaq olar ki, sənədlərin məzsunu dərindən öyrənilib və təhlil edilib, eləcə də, fikrinə etibar etdiyiniz adamlar tərəfindən bəyənilib.
Yolayovuqluq nümayiş etdirsəniz və başlarına təşəbbüs irəli sürməyə imkan versənih, yaxınlarınıza münasibətləriniz harmonik olacaq. Hər şeydə israr etmək yaxşı heç nə vəd etmir.
Buğa - Çətin və gərgin gündür. Siz özünüzdə gizli istedad və qabiliyyətləri üzə çıxarmalısınız. Bunsuz çətin və birmənalı vəziyyətdən çıxmaq mümkün deyil. Rəhbərliklə münasibətlər gərgin olacaq və ümumi dil tapmaq yalnız günün ikinci yarısında mümkündür. Yalnız istənilən vəzifə və tapşırıqlara yüksək məsuliyyətli yanaşma münaqişələrdən yayınmağa kömək edə bilər.
Şəxsi münasibətlər xeyli komfortlu olacaq. Əvvəla, siz tam dəqiqliyi biləcəksiniz ki, kim dost, kim düşməndir. İkincisi, müttəfiqlərinizin sayı bədxahlarınızdan çoxdur.
Əkizlər - Müsbət tendensiyaların təsiri hələ də güclüdür. Yalnız maliyyə sahəsi bu təsirin altına heç cür düşmür. Pulla bağlı ciddi problemlər mümküdür. Qiymətli əhya və ya vacib sənəd itirməyiniz mümkündür. Diqqətsizlik göstərsəniz, özünüzü cəriməyə sala bilərsiniz. Qalan sahələrdə işlər pis deyil.
Səfərlər (həm yaxına, həm də uzaq diyarlara) uğurlu olacaq. Bu gün bir çox adi fakt və təzahürləri tamamilə başqa cür görməyə, bir çox suallara qeyri-adi cavablar tapmağa, ətrafdakılara orijinal və çox faydalı məsləhətlər verməyə qadirsiniz.
Xərçəng - Ulduzlar sizin tərəfinizdədirlər və müxtəlif başlanğıclarda sizi dəstəkləyirlər. Bu gün çətin layihələr üzərində iş, kompleks məsələlərin həlli üçün münasibdir.
Təkcə işdə yox, həm də şəxsi münasibərdə uğurlar mümkündür. Ailə məsələlərinin həllinə qeyri-standart yanaşırsınız. Amma bu, hərəkətlərinin effektliliyini azaltmır.
Şir - Uğursuz gündür. Mövqeləriniz istədiyiniz qədər möhkəm deyil. Bütün səylərinizə baxmayaraq, onları möhkəmləndirmək alınmır. İşgüzar əlaqələrin qeyri-sabitliyi sizi narahat edəcək. Çətin anda müttəfiqlərinizdən hansına bel bağlaya biləcəyinizi aydınlaşdırmaq o qədər də asan deyil. Böyük səylər hesabına əldə etdiyinizi itirmək təhlükəsi var.
Keçmiş barədə düşüncələrə və səhvlərinizin təhlilinə vaxt ayırmağa dəyər.
Qız - Birmənalı olmayan gündür. İşdə ziddiyətli vəziyyət yaranacaq və siz kimi haqlı, kimin günahkar olduğunu təyin etməlisiiz. Siz ədalətli davranmağa can atırsınız. Lakin aldadılmaq təhlükəsi var. Ona görə də heç bir informasiyaya dərhal inanmaq olmaz. Onları dönə-dönə yoxlamaq lazımdır.
Təəssüf ki, şəxsi həyatınızda da hər şey asan deyil. İlk baxışdan belə görünür ki, vəziyyət qənaətbəxşdir. Lakin hiss edirsiniz ki, əslində heç də belə deyil. Vəziyyətdən baş çıxarmağa bir neçə gün vaxt lazımdır.
Tərəzi - İşlə bağlı uğurlu gündür. Bu gün işləri bir-birinin ardında həll edəcək, nəsə birdən-birə alınmayanda məyus olmayacaqsınız. Yaradıcılıq işləri ilə məşğul olanlar və ya şou-bizneslə əlaqəsi olanlar böyük uğurlar əldə edəcəklər.
Şəxsi münasibətlərdə isə işlər bir qədər çətindir. Burada sizin bilikləriniz və məntiqi mühakimə qabiliyyətiniz vəziyyətdən baş çıxarmaq üçün kifayət etməyəcək. İntuisiyanıza bel bağlamalı olacaqsınız.
Əqrəb - Ulduzların “acığı soyuyur” - sizi uğurlu gün gözləyir. Bu gün istənilən işlə məşğul olmaq olar. Yeni başladığınız bütün işlərdə uğur əldə edəcəksiniz. Öz məntiqinizə və sağlam düşüncənizə bel bağlayın. Xoşunuza gəlməyən məsləhətlərə əməl etməyə dəyməz.
Emosional fon əlverişlidir. Bu gün görüşlər təyin etmək olar və onlar istədiyiniz kimi keçəcək. Köhnə tanışlarınız özlərini xatırlada bilərlər. Sizə qarşı biganə olmayan adamın üfüqdə görünəcəyi istisna deyil.
Oxatan - Bu gün çətin suallara cavab axtarmaqla yadda qalacaq. Çoxlu mübahisələr mümkündür. Başqalarının təcrübəsinə bel bağlamağa öyrəşmiş adamlarla dil tapmaq çətin olacaq.
Şəxsi münasibətlərdə müsbət tenldensiyaların təsiri güclü olacaq. Bürcün bəzi nümayəndələrinin gizli arzuları çin olacaq. Hamı üçün (o cümlədən, özünüz üçün) gözlənilmədən köhnə ailə probleminin həlli yolunu tapacaqsınız.
Oğlaq - Kiminləsə nəsə barədə razılaşmağa cəhd göstərən kimi çətinliklər ortaya çıxacaq. Həmsöhbətləriniz ya sizi sonadək başa düşmür, ya da sözlərinizi qəsdən düzgün yozmurlar. Ona görə də öz mövqeyinizi dəfələrlə izah etməli və qorumalı olursunuz. Bu, sizin üçün çox yorucu olacaq. Üstəlik söhbət və müzakirələrdən praktik işlərə keçmək dərhal alınmır. Nəticədə gün çox mənasız olur.
Gün yaradıcılıq məşğuliyyəti, eləcə də iş və təhsil üçün münasibdir. Fiziki əmək isə arzuolunan deyil.
Dolça - Bu gün dünəndən prinsipial şəkildə fərqlənəcək. Özü də təəssüf ki, yaxşı tərəfə yox. Alın təri ilə işləməli olsanız da, nəticələr çox xırda olacaq. Rəhbərlik tənqidə köklənib, xırda səhvə görə sizi çox sərt cəza gözləyir.
Yaxınlarınızla yola getmək çətin olacaq. Həyat potensialının aşağı olması da vəziyyəti gərginləşdirir. Xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Yuxusuzluq ehtimalı da yüksəkdir.
Balıqlar - Sizə karyera yüksəlişində yardım edəcək adamla görüş gözlənilir. Sizdən çox az şey - xoş təəssürat yaratmaq tələb olunur. Yaranan problemləri təkbaşına yoluna qoymalı olmayacaqsınız. Bu gün köməkçi və müttəfiqləriniz çox olacaq.
Günün ikinci yarısı hədiyyələr və sürprizlər vaxtıdır. Romantik görüş uzun müddət yaddaşınızdan silinməyəcək.