Bu rəngli boşqab iştahı azaldır və çəki atmağa kömək edir
17.7.2013

Alimlərin araşdırmalarına görə, qırmızı rəng çəki atmağa kömək edir. Yemək yeyən zaman boşqabın, qaşığın, çəngəlin nədən düzəldildiyinin, rənginin və böyüklüyünün əhəmiyyəti var. Alimlər bunun üzərində araşdırma aparıb və məlum olub ki, qırmız rəng çəki atmağa kömək edir çünki qırmızı boşqabda servis edilən yeməklər iştahanı azaldır. Araşdırma Oxford Universitetinin mütəxəssisləri tərəfidən aparılıb. Nəticələr “Flavour” adlı jurnalda çıxıb.

Az yeyən və müalicə alan xəstələrə qırmızı boşqabda yemək verilməsi səhvdir. Daha çox yemək yeməsi üçün müalicə alanlara qırmızı boşqab ən pis seçimdir. Çəki atmaq istəyənlər isə yeməyi qırmızı boşqabda yesələr, faydasını görə bilərlər.

Yeməyi ağzımıza aparmazdan əvvəl, beynimiz onun görüntüsündən də təsirlənir. Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, daha əvvəl qəhvənin narıncı fincanda daha ləzzətli olduğu açıqlanmışdı.