«Bank of Baku» ASC yay mövsümündə insanların nağd pula gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə endirimli «Faizlər tətilə çıxdı» adlı kredit kampaniyasına başlayıb.
Bankın baş ofisindən verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, «Bank of Baku» pul kreditlərinin illik faiz dərəcəsində 3%-lik endirim elan edib.
Kreditin maksimal məbləği 10 min manat təşkil edir, müddəti isə 24 aya qədərdir. «Bank of Baku»nun təkrar müştəriləri, tərəfdaş müəssisələrin əməkdaşları və «Bank of Baku»nun filialları yerləşən inzibati ərazilərdə qeydiyyatda olan müştərilər, bu kampaniyadan yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə faydalana bilər. Kampaniya avqustun 31-dək davam edəcək.
Kampaniya çərçivəsində bankın «Dostlar klubu»nun üzvləri topladıqları bonuslar sayəsində komissiya haqqı ödəmədən belə kredit əldə edə biləcək.
APA