Amerikalı bir anda necə kvadrilyoner oldu?
19.7.2013

Məşhur internet pul köçürmələri şirkəti PayPal səhvən bir amerikalının hesabına 92 kvadrilyon dollar köçürdüyünü etiraf edib. Pensilvaniyadan olan 56 yaşlı Kris Reynolds bu rəqəmi öz bank hesabının aylıq hesabatını nəzərdən keçirərkən aşkar edib.

Lakin səhv cəld şəkildə düzəldilib və sözügedən hesab yenidən 0 vəziyyətinə qayıdıb. Şirkət bildirib ki, Reynolds bunun bir səhv olduğunu başa düşüb.

PayPal bildirir ki, mükafat olaraq Reynoldsun seçdiyi istənilən xeyriyyəyə ianə verməyə hazırdır.

Bank hesabında 92,233,720,368,547,800 görmək "kifayət qədər böyük sürpriz idi", deyə Reynolds xəbəri birinci yayan Philadelphia Daily News-a bildirib.

publika.az