Azərbaycan kənd təsərrüfatı naziri İsmət Abasov Macarıstanın Kapoşvar Universitetin fəxri doktoru adına layiq görülüb. Macarıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Macarıstanın Kapoşvar Universitetinin Senatının 2013-cü ilin iyun ayında qəbul etdiyi qərara əsasən, Azərbaycanın kənd təsərrüfatı naziri bu ada layiq görülüb. İ.Abasovun fəxri doktor ada layiq görülməsi Macarıstanda avqustun 30-dan sentyabrın 1-dək keçiriləcək VII Kapoşvar heyvandarlıq günləri çərçivəsində elan olunacaq.
APA