Biznesdə uğur qazanmış Məhəmməd Əli Gögçəli evini akvariumla əhatəyə almışdır.
Məhəmməd Əli Gögçəli evin ətrafında adi metal hasar əvəzinə içərisində dəniz canlıları – xanı, çapaq balığı, səkkizayaqlı ilbiz, barabulka olan əlli metrlik akvarium tikdirmişdir.
Biznesmenin sözlərinə görə, o, nəhəng akvarium tikdirməyi və onun içərisini dəniz faunasının müxtəlif nümayəndələri ilə doldurmağı səkkiz il arzulamışdır.
Akvariuma su xüsusi boru vasitəsilə birbaşa Egey dənizindən gəlir və daim yenilənir.
Layihə Məhəmmədə 21.000 dollara başa gəlmişdir. Lakin görünür, buna dəyər. Hasar yoldan keçənlərin diqqətini cəlb edir: adamlar dayanıb bu möcüzəyə tamaşa edirlər.
Dəniz canlılarının təhlükəsizliyini təmin etmək üçün evin ərazisi 17 kamera ilə təchiz olunmuşdur.
Lakin evin sahibi arzu edənlərin hamısına bayırdan foto və video çəkməyə icazə verir.
Video
AzərTac