“Forbes” jurnalının 2013-cü ildə tərtib etdiyi Hollivudun ən çox qonorar alan aktrisaları siyahısına Ancelina Coli başçılıq edib.
Bred Pitin həyat yoldaşının Conni Depplə tərəf müqabili olaraq çıxış etdiyi son yüksək büdcəli “Turist” filmi üç il əvvəl çəkilməsinə baxmayaraq, aktrisa ulduz reytinqinin ən yüksək pilləsində qərarlaşıb.
Yeri gəlmişkən, “Turis” dramı prokatdan 278 milyon dollar gəlir əldə edib. Film 100 mln. dollara ərsəyə gəlib.
Siyahının ikinci pilləsində Cennifer Lourens qərarlaşıb. O, A.Colidən 24 milyon dollar gəlirlə 9 mln. dollar geri qalıb. Hollivudun yeni ulduzu büdcəsi 80 mln. olan “Ac oyunlar” trilogiyasında baş rolu oynayıb. Aktrisa 2013-cü ildə “Mənim sevgilim dəlidir” filmində ən yaxşı qadın roluna görə “Oskar” alıb. Üçlüyü “Sumerki”nin ulduzu Kristen Stüart qapayıb. Ötən il aktrisanın gəliri 12,5 mln. dollar azalaraq 22 mln. dollara düşüb.
Siyahıda növbəti yerləri Cennifer Eniston (20 mln. dollar), Emma Stoun (16 mln. dollar), Şarliz Teron (15 mln. dollar), Sandra Ballok (14 mln. dollar), Natali Portman (14 mln. dollar), Mila Kunis (11 mln. dollar) və Culiya Roberts (11 mln. dollar) tutub.
Gün.Az