Bakida əlilliyi olan uşaqlara planşetlər hədiyyə olundu - FOTO
30.7.2013

Azərbaycandakı Amerika Ticarət Palatasının İKT Komitəsinə üzv Deloitte, Bestcomp, Azercell, Bakcell, Azerfon şirkətləri tərəfindən Yasamal İƏR mərkəzinin xidmətlərindən istifadə edən əlilliyi olan uşaqlara müxtəlif PC touch planşetlər, USB modemlər hədiyyə olundu və bu uşaqlar tərəfindən böyük sevinclə qarşılandı.

UAFA əməkdaşı Saleh Nəsirov World Vision Azərbaycan və UAFA təşkilatlarının birgə həyata keçirdiyi Qeyt-Kipinq layihəsi haqda məlumat verdi və bu aksiyanın vacibliyindən danışdı:

“Bu xeyirxah tədbir nəticəsində uşaqlar verilən avadanlıqlar vasitəsilə internetə çıxışla təmin olunmuş olacaq, bu da onların baş verənlərdən xəbərdar olması, özləri haqda digərlərini məlumatlandırması, səmərəli vaxt keçirməsi, onları maraqlandıracaq layihələr haqda vaxtında xəbər tutmaları ilə nəticələnəcək, bu həm də uşaqların intellektual səviyyəsini artıracaq”.



Onu da qeyd edək ki, bu uşaqlar artıq bir ildir Yasamal İƏR mərkəzində Bakcell şirkətinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Kompyuter Dərnəyində kompyuterdən istifadə qaydalarına yiyələnirlər. İndi isə onların bu bilikləri unutmamaq, əksinə inkişaf etdirməsi üçün şəxsi kompyuterləri olacaq.




shebeke.az