Bu möhtəşəm otel Bakıda tikiləcək
31.7.2013

Yaxın vaxtlarda Bakıda daha bir möhtəşəm bina tikiləcək. Dünyada məşhur olan “Swissôtel Hotels & Resorts”un otellər şəbəkəsinin Bakıda da nümayəndəliyi açılacaq. Otelin konkret harada yerləşəcəyi bilinməsə də, Badamdar qəsəbəsində tikiləcəyi deyilir.

Qeyri-adi görünüşə və funksiyalara malik olacaq otel binasının hündürlüyü 160 metr olacaq. Oteldə 149 nömrə olacaq. Burada konfrans zalları, restoran, bar, hovuzlar, istirahət yerləri və s. olacaq. Oteldə bir neçə lüks nömrə də nəzərdə tutulub.

Yeni tikiləcək otelin maraqlı cəhətlərindən biri onun terraslaşdırılmış görüntüyə və formaya malik olmasıdır. Bu cəhətinin verdiyi üstünlük nəticəsində otelin müxtəlif mərtəbələrində yaşıllıq zolaqları salmaq mümkün olacaq.

publika.az