Hansı ölkə qadına daha çox dəyər verir?
1.8.2013

Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, qadınların ən çox hansı ölkədə rahat yaşaya bildiyi ilə bağlı araşdırma aparılıb. Bu araşdırma 63 ölkə arasında 370 mütəxəssisin səs verməsi ilə həyata keçirilib. Səsvermədə gender bərabərliyi, qadınlara qarşı şiddət, istismar və sağlamlıq xidmətləri nəzərə alınıb. Ölkələr arasında aparılan araşdırmada məlum olub ki, qadınların ən çox rahat yaşaya biləcəyi ölkə Kanadadır.

Siyahıdakı sonuncu yeri Hindistan tutub. Almaniya, İngiltərə, Avstralya və Fransa siyahıda ilk 5 yerdədir. 12-ci yerdə isə Türkiyə dayanıb. Sonra isə Rusiya, Çin, Meksika, Cənubi Afrika, İndoneziya, Səudiyyə Ərəbistan və Hindistan dayanıb.

Publika.Az