Bakının Qaradağ rayonunda maraqlı fəvvarə istifadəyə verilib.
Bakı-Ələt yolunun sağ tərəfində, Sahil qəsəbəsi yaxınlığında yol kənarında hazırlanmış kompleksdə nəhəng krandan su əvəzinə xam neft tökülür.
Belə ki, dairəvi hovuzun içərisində olan şəffaf şüşə borunun baş hissəsində iri su kranı quraşdırılıb. Müəyyən vaxtlarda şəffaf borunun içindən təzyiqlə vurulan qap-qara xam neft yenidən hovuza qayıdır və maraqlı görüntü yaradır.
Yaxınlıqda əl çarxı vasitəsi ilə quyudan neft çıxaran naməlum fəhləyə də kiçik abidə ucaldılıb.
Qeyd edək ki, Dənizkənarı Milli Parkda da oxşar kran quraşdırılıb. Burada şəffaf boru içindən axan adi su səbəbindən kran “havadan asılı vəziyyətdə qalmış” kimi görünür.
Publika.Az