Rusiya prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb
12.8.2013

Rusiya prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə gözlənilən görüşdə 5-6 ikitərəfli sənədin, o cümlədən enerji və nəqliyyat sahəsində sənədlərin imzalanması gözlənilir.

O bildirib ki, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, enrgetika naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey İsaykın, Rusiyanın Xəzər məsələləri üzrə çoxtərəfli danışıqlarda nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft”in rəhbəri İqor Seçin, “Lukoyl”un rəhbəri Vahid Ələkbərov daxildir.

Prezidentlərin beynəlxalq və regional gündəmin əsas məsələlərini, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Qəbələ RLS ətrafında müzakirələr aparacağı gözlənilir.

Gün.Az