Kosta Rika hakimiyyəti ölkədəki bütün dövlət zooparklarını bağlayaraq, heyvanları azadlığa buraxır.
San-Xose şəhərində yerləşən, Simona Bolivar adına ən böyük zoopark botanika bağına çevriləcək. Heyvanlar isə azad ediləcək.
Bu barədə qərarı isə ətraf mühiti mühafizə naziri Rene Kastro verib. Ona bu qərarı verməkdə ev tutuquşusu kömək edib. Belə ki, quş bütün qayğıya baxmayaraq ilk fürsətdə uçub gedib. Nazir deyib:
- Bu mənə çox təsir etdi. Düşündüm ki, axı biz onun qayğısına qalırdıq. Onun üçün lazımlı şeyləri verirdik. Amma o, ilk fürsətdə uçaraq getdi.
http://publika.az