İlham Əliyev və Vladimir Putin Bakıda keçiriləcək III Beynəlxalq Humanitar Foruma hazırlıq prosesini müzakirə ediblər
14.8.2013

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin 31 oktyabr – 1 noyabr tarixində Bakıda keçiriləcək III Beynəlxalq Humanitar Foruma hazırlıq prosesini müzakirə ediblər.

“Əminliklə demək olar ki, 2011-ci ildən başlayaraq qısa dövr ərzində bu forum ictimai həyatda böyük hadisə olub”, deyə Rusiya dövlətinin başçısı vurğulayıb.

Putin qeyd edib ki, mədəni-humanitar əlaqələrin “dost, mehriban qonşuluq münasibətlərin möhkəmlənməsində xüsusi rolu var”. O həmçinin qeyd edib ki, hazırkı səfər çərçivəsində bu sahədə 2015-ci ilədək əməkdaşlığa dair dövlətlərarası proqram təsdiqlənib.

Azərbaycan prezidenti İlham Əliyev həmçinin Azərbaycan-Rusiya humanitar əlaqələrin səviyyəsindən məmnunluğunu bildirib. “Azərbaycan-Rusiya münasibətləri digər ölkələr üçün nümunə ola bilər”, deyə prezident İlham Əliyev qeyd edib. O qeyd edib ki, ölkədə rus dilinə və rus mədəniyyətinə xüsusi diqqət yetirilir. “Azərbaycanda 335 məktəbdə rus bölməsi var, 15 məktəbdə isə tədris yalnız rus dilində aparılır. Həmçinin ölkənin 27 universitetində də rus bölmələri var, rus dilində təhsil alan tələbələrin sayı isə 100 min təşkil edir”, deyə İlham Əliyev qeyd edib. Onun sözlərinə görə, “bu bizim rus dilinə və rus mədəniyyətinə olan münasibətimizin mühüm göstəricisidir”.

Azərbaycan prezidenti qeyd edib ki, humanitar sahədəki əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin əsasını təşkil edir.

APA