Günün ulduz falı
28.12.2011

Qoç - O qədər maraqlı olmasa da, bütövlükdə pis gün deyil. O, intellektual əmək üçün çox münasibdir. Siz yalnız başqalarının təcrübəsindən istifadə etmək və ya başqlarının səhvləri üzərində öyrənmək yox, həm də tamamilə yeni nəsə kəşf etmək iqtidarındasınız. Bununla belə, gün peşə ambisiyalarının reallaşması, karyera yüksəlişi istiqamətində planları həyata keçirmək üçün münasib deyil.

Emosional fon sabit, siz sakit və xeyirxahsınız. Yaxınlarınızın mənəvi rahatlığını təmin etmək üçün hər şeyə hazırsınız. Lakin diqqətli olmaq lazımdır. Çünki kimsə sizin xeyirxaşlığınızdan sui-istifadə etməyə çalışacaq.

Buğa - Əsas probelm və çətinliklər iş sahəsində yaranacaq. Bu sahədə işlər istədiyiniz kimi və nəzərdə tutduğunuz isiqamətdə getməyəcək. Daim öz maraqlarınız uğrunda mübarizə aparmalı, itkilərdən xilas olmaq üçün ayıq-sayıq olmalısınız. Hansısa uğura nail olmaq mümkündür. Amma bunun üçün böyük səylərə ehtiyac yaranacaq.

Şəxsi münasibətlərdə mənzərə daha əlverişlidir və bu sahədə narahatlıq üçün əsas yoxdur. Çoxdandır görmədiyiniz və darıxdığınız adamlarla xoş görüşlər mümkündür. Günün ikinci yarısında gözlənilməz xəbərlər ala bilərsiniz.

Əkizlər - Çox uğurlu gündür. İstənilən təsadüfdən öz marağınızı uyğun istifadə edə, istənilən hadisədən fayda götürə biləcəksiniz. Siz çalışqan və enerjilisiniz. Ona görə də rəqiblərinizi qabaqlayır, bədxahlarınızı zərərsizləşdirirsiniz.

Gün dostlarla görüş, insanların çox olduğu tədbirlərdə iştirak üçün münasibdir. Bu zaman həm özünüz darıxmayacaqsınız, həm də maraqlı ideyalarınızla ətrafdakıların marağına səbəb olacaqsınız.

Xərçəng - Rahat, uğurlu gündür. Şərait xarakterinizin müsbət keyfiyyətlərini nümayiş etdirməyiniz üçün münasibdir. Bu günə təyin olunan görüşlər çox yaxşı keçədək, işgüzar müttəfiqlərinizin timsalında təkcə həmfikirlər yox, həm də dostlar tapacaqsınız. İşdə məhəbbət macərası mümkündür.

Tez-tez diqqət mərkəzində olacaq və çoxlu komplimentlər eşidəcəksiniz. Çoxları sizin rəbbətini qazanmaq üçün hər şeyə hazırdır. Çojsaylı komplimentlərə şübhə ilə yanaşsanız, heç bir hiyləgər yaltaqlıq sizi yanılda bilməyəcək.

Şir - Sizin üçün asan olmayacaq. Bu gün gözlənilməz və pis xəbərlə yadda qalacaq. Nəsə tədbir görmək lazımdır. Amma bunun hansı addım olacağını müəyyənləşdirə bilmirsiniz. İşgüzar əlaqələrdə gərginlik yaranacaq. Düzgün davranış xətti seçdiyinizdən, düzgün mövqe tutduğunuzdan şübhələnməyə başlayacaqsınız.

Düşünmək üçün sizə vaxt alzımdır. Ən yaxşısı bunu təklikdə etməkdir. Səs-küylü əyləncələr, adamların çox olduğu tədbirlər çətin ki, sizə mənəvi tarazlığa nail omlaqda kömək etsin. Ənənəvi şəraitdə sakit istirahət - sizə lazım olan məhz budur.

Qız - İşlər nə nə yaxşı, nə pis gedəcək. Enerji ehtiyatınız zəifdir və bunu anlayacansınız. Ona görə də bu gün yeni və çətin işlərə girişməyəcək, adi işlərlə kifayətlənəcəksiniz. Günün ikinci yarısında pis xəbər eşidə bilərsiniz.

Pulla ehtiyatlı olun. Çünki bu gün hədər xərclər və itkilər mümkündür. İstənilən görüşü günün ortasına təyin etmək məsləhətdir. Ona görə ki, günün qalan vaxtlarında əsəbi, mənfi emosiyalara və onların kütləvi ifadəsinə meylli olacaqsınız.

Tərəzi - Qarşınızda xeyli maraqlı imkanlar açacaq. Gün cürbəcür eksperimentlər, öz gücünüzü yeni sahədə sınamaq üçün əlverişlidir. Digər tərəfdən, diqqətinizi xırdalıqlara diqqət tələb edən yeknəsək işlərə cəmləşdirmək çətindir.

Gün kübar tədbirlərdə, müxtəlif təqdimat mərasimlərində iştirak üçün münasibdir. Bu, təkcə vaxtınızı xoş keçirməyə yox, həm də faydalı şeylər öyrənmək, yeni tanışlışlara imkan verəcək. Qeyri-adi şeylər - əntiq, ekstravaqant geyim, əl işi olan mebel və ya interyer əşyaları almaq olar.

Əqrəb - Gün yaxşı keçəcək. Sizin nəinki işə, hətta əyləncə və maraqlı görüşlərə də vaxtınız qalacaq. Dostlara baş çəkmək olar. Bu görüş həm onları sevindirəcək, həm də sizin ovqatınızı yüksəldəcək. Romantik görüşlər də sevinc bəxş edəcək. Nə vaxtsa xətrinə dəydiyiniz və ya məyus etdiyiniz insanla münasibətləri yoluna qoymaq olar.

Ağlınıza maraqlı ideyalar gələcək. Bir çox Əqrəblər gələcəklə bağlı planlarını köklü şəkildə dəyişəcək, əvvəlki fikirlərindən imtina edəcəklər.

Oxatan - Bu gündən həm iş problemlərinin həlli, həm ev işləri, həm də istirahət üçün istifadə etmək olar. Hətta çətin vəziyyətdə də başınızı itirməyəcək, şəraitə tez uyğunlaşacaq və yaxşı ovqatınızı qoruyacaqsınız.

Qarşınıza həddindən artıq məqsədlər qoymağa dəyməz. Bu nailiyyətlər üçün gələn ili gözləmək lazımdır. Hələlik isə xüsusi gərginlik, titanik əmək, hiyləgərlik və zirəklik tələb etməyən işlərlə məşğul olun. Gün uşaqlarla ünsiyyət üçün münasibdir. Yaşlı nəslin nümayəndələri ilə yola getmək isə çətin olacaq.

Oğlaq - Bu gün sizin üçün o qədər də vacib olmayan işlərə çox güc sərf etməli olacaqsınız. Amma tezliklə özünüz barədə də düşünmə arzusu yaranacaq. Bu zaman isə münaqişə baş qaldıra bilər. Belə ki, ətrafdakılar sizin yardımınız olmadan keçinmək istəməyəcəklər.

Fiziki güc və aktiv istirahət məsləzətdir. Çox yeməməyə, alkoqoldan sui-istifadə etməməyə çalışın. Canlanmaq, nəsə yeni bir şeylə məşğul olmaq, şəraiti dəyişmək pis olmaz. Bu, qış depressiyasından xilas olmaqda kömək edə bilər.

Dolça - Müsbət tendensiyaların təsiri güclüdür, ulduzlar bütün yeni başlanğıclarda sizi dəstəkləyirlər. Gün istənilən məqsəd üçün münasibdir. Siz bir işdən digərinə çox tez keçə biləcək və səhv buraxmayacaqsınız. Görüşlər yaxşı keçəcək, yeni dostlar, müttəfiqlər və heyranlar tapa biləcəksiniz.

Gün bazarlıq üçün əlverişlidir. Hədiyyələr mümkündür. Həyat potensialı yüksəkdir. Hətta günün sonunda da ətiyyən yorğunluq hiss etməyəcəksinz. Düzgün gün rejiminə əməl etməyə əalışın. Bu, yaxın günlərdə yüksək ovqatınızı qorumağa kömək edəcək.

Balıqlar - Hazırlıq günüdür. Çətin ki nəyisə sona çatdıra biləsiniz. Amma ilkin işlərin öhdəsindən gələcəksiniz. İşgüzar danışıqlar yaxşı keçəcək. Hətta əvvəllər sizin baxışlarınızı bölüşməyən adamların dəstəyini qazana bilərsiniz. Maliyyə işləri xüsusi diqqət cəlb edir.

Axşam saatları görüşlər, böyük məclislər, kübar tədbirləri, ziyarət üçün əlverişdilir. Evdə darıxa bilərsiniz. Klassik müsiqiyə qulaq asın. Bu gün belə müsiqi emosional vəziyyətinizə, ovqatınıza müsbət təsir göstərə bilər.

Milli.Az