Günün ulduz falı
6.1.2012

Qoç - Qeydinizə qalmasanız, enerjinizin tükənməsi problemə çevrilə bilər. Bu gün yaxşı olar ki, sağlam qidalar qəbul edəsiniz, alkoqoldan uzaq durasınız, açıq havada çox vaxt keçirəsiniz. Xroniki xəstəliklərin güclənməsi ehtimalı var, xüsusilə də mədənizə diqqət edin.
Digər tərəfdən, günün emosional fonu stabil və pozitivdir. Ailə işləri diqqət tələb edir və siz onların öhdəsindən asanlıqla gələcəksiniz. Qohum və köhnə dostlarla görüş planlaşdıra bilərsiniz, tanışlıqlar isə məsləhət deyil.

Buğa - Gününüz yaxşı keçəcək. Onun ilk yarısı sizə çox əziz olan bir adamdan alacağınız xoş xəbər və ya görüş kefinizi açacaq. Qəfil romantik etiraf, hətta nikah təklifi də mümkündür.
Günün ikinci yarısı isə qayğılarınız artacaq. Bu dövrdə başqalarının problemlərinin həlli ilə məşğul olaraq, özünüzə aid vacib bir detalı nəzərdən qaçıra bilərsiniz. Başqa bir tərəfdən, bu gün kömək edəcəyiniz dostlarınız sizə borclu qalmayacaqlar.

Əkizlər - Hansı işə əl atırsınız-atın, onu cani-dildən görməyə çalışın: bu gün ideyaların reallaşdırılmasında böyük uğur vəd edir. İstənilən şəraitdə güvənə biləcəyiniz tərəfdaşlar tapa biləcəksiniz. Çox güman ki, əvvəlcə ümumi maraq xatirinə qurulan münasibətlər vaxt keçdikcə romantik xarakter alacaq.
Səfərlər, səyahət, şərait dəyişkənliyi üçün uyğun gündür. Yaxşı formadasınız, yorğunluq sizə görə deyil. Qış idman növlərilə məşğul olmaq xeyrinizə olar. Bədəninizi möhkəmlətsəniz, yaxşı olar.

Xərçəng - Özünüzü qoruyun. Bu gün mənfi notlar üzərində köklənib. Bu isə o deməkdir ki, çətin şəraitlərin bolluğundan sığortalanmamısınız. Əsas odur ki, özünüzə inamınızı itirməyəsiniz. Ətrafınızdakılar, görsələr ki, uğura şübhəniz yoxdur, mütləq sizə dəstək olacaqlar.
Yaşlı nəslin nümayəndələri ilə münasibətlər gərgindir. Nə qədər çalışsanız da, onlarla dil tapmaq çətin olaraq qalır. Əgər hər sözdən incisəniz, vəziyyəti daha da ağırlaşdıracaqsınız.

Şir - O qədər də uğurlu gün deyil. Həm özünüzün, həm də başqalarının çoxsaylı problemlərilə əlləşməli olacaqsınız. Bu gün çox müxtəlif insanların sizin yardımınıza və dəstəyinizə ehtiyacı var, əgər onlara etiraz etsəniz, sonra özünüzü uzun müddət qınayacaqsınız.
Xeyli xərcə düşmək ehtimalınız var. İmkanlarınızı elə dəyərləndirin ki, dostlarınızdan, yaxud bankdan borc götürməli olmayasınız. Səfərlərdə, yolda ehtiyatlı olun, xoşagəlməz hadisələr baş verə bilər. Çoxdan görmədiyiniz tanışlarla görüşlər qanınızı qaralda bilər.

Qız - Xoş tendensiyaların təsiri azalmaqdadır, uğur əldə etməkdə çətinlik çəkməyə başlayırsınız. Ancaq bu gün siz təslim olmayacaqsınız, qələbə sizin olacaq. Yaxınlarınızla ciddi söhbət aparmaq, gələcək planları müzakirə etmək üçün əla vaxtdır. Pul sərf etmək, böyük həcmdə alış-veriş etmək məsləhət deyil.
Günün ikinci yarısı qəfil xəbər alacaq və bu səbəbdən də qrafikinizdə dəyişiklik etməli olacaqsınız. Öz zəifliklərinizə boyun əyməyin, əgər onların öhdəsindən gəlsəniz, sonra sizə asan olacaq.

Tərəzi - Gününüz hansısa çətin situasiyaları yoluna qoymaq, vacib suallarınıza cavab almaqla bağlı olacaq. Birbaşa hərəkətə keçməyin, öncə hər şeyi götür-qoy etmək lazımdır, bunun üçün vaxtınız da var.
Qəfil görüşlər, nəzərdə tutmadığınız əyləncələr mümkündür. İmprovizə etməyə, yeni bir şeylər fikirləşməyə hazırsınız və bu, dostlarınızın xoşuna gəlir. Öz yarınıza da vaxt ayırın, sizi qısqanması üçün onun əlinə fürsət verməyin, çünki küskünlük ehtimalı böyükdür.

Əqrəb - Müxtəlif xoş hadisələr və maraqlı imkanlar vəd edən bu gün ürəyinizcə olacaq. Yeni bir iş başlamaq, təkliflər irəli sürmək olar. Dostlarınız və yaxınlarınız sizin ideyalaranızı bəyənəcəklər. Gələcəkdə xeyli gəlir gətirə biləcək bir layihəyə başlamanız mümkündür.
Mətbəxdə eksperimentlər aparmaq məsləhət deyil, çünki həzm sisteminiz bu gün çox həssasdır. Dərmandan zəhərlənmə riskiniz də yüksəkdir, bu səbəbdən həkimin məsləhət görmədiyi dərmanları qəbul etməyin.

Oxatan - Uzaq səfərlərə getmək məsləhət deyil, yaxşı olar ki, bu günü evdə keçirəsiniz. Yolda xoşagəlməz hadisələr baş verə bilər, üstəlik, sağlıq durumunuzun pisləşməsi də səyahət təəssüratlarınızı korlaya bilər.
Yaradıcılıq potensialınız yüksək səviyyədə olduğundan heç darıxmağa macalınız olmayacaq. Dostunuzla, yaxud simpatiya duyduğunuz biriylə görüşünüz gözlənilir, üstəlik, o insan sizə vacib bir söz deyəcək. Maliyyə məsələlərinin həlli üçün uğurlu gündür. İnvestisiya etmək olar, alış-verişiniz faydalı və uğurlu olacaq.

Oğlaq - Sürpriz və xoş təsadüflərlə dolu gündür. Heç nəyə təəccüblənməyin, sadəcə olaraq, ulduzlar sizi bir az nazlandırmaq istəyir. Maliyyə vəziyyətinizi düzəltmək üçün yaranan bütün imkanlardan istifadə edin, hər şey alınacaq. Günün ikinci yarısı uğurlu alış-verişiniz olacaq.
Yaxınlarınızla, dostlarınızla ünsiyyət sizə sevinc bəxş edəcək. Qeyri-adi məclis, məsələn, maskarad təşkil etmək üçün əla gündür.

Dolça - Maraqlı olmasa da, gün ümumilikdə xoş olacaq. Tələsmək istəmirsiniz və bunda da haqlısınız. Dostlarınızla görüş gözlənilir. Qırılmış münasibətlərinizi bərpa etmək şansınız var. Siz ünsiyyətə açıqsınız, bu səbəbdən çox cəlbedicisiniz.
Bu axşam mütləq parlamalısınız. Əgər ziyafətə dəvət alsanız, mütləq gedin. Yeni tanışlıqlar mümkündür. Əgər istəsəniz, bunlardan biri ömürlük ola bilər.

Balıqlar - Gün çox yaxşıdır. Onu dostlarınızla keçirsəniz, peşman olmazsınız. Sadəcə iştirakınızla istənilən məclisdə xoş ab-hava yaratmaq, mübahisələri kəsmək, insanların kefini qaldırmaq iqtidarındasınız. Köhnə tanışlarınızla da görüşə bilərsiniz. Onlar sizi bir çox layihələrinizdə dəstəkləyəcəklər.
Nə vaxtsa uğur qazanacağına inanmadığınız üçün bir kənara sıxışdırdığınız ideyalarınız sizin üçün yenidən aktual olacaq. İndi şərait dəyişib, onları reallaşdıra bilərsiniz. Başlamaq kifayətdir, tərəfdaşlarınız da tezliklə peyda olacaqlar.

                                                                                                                                  Milli.Az