Çərşənbə günü Heydər Əliyev beynəlxalq aeroportunda il ərzində 6 milyon sərnişinə xidmət göstərilməsi üçün nəzərdə tutulan yeni aerovağzal kompleksinin uzun müddətdir ki, gözlənilən açılışı baş tutacaq.
Üçbucaq formasında inşa edilmiş dördmərtəbəli terminalın binasında beynəlxalq aviasiyanın ən son elmi-texniki nailiyyətlərindən geniş istifadə ediləcək. Terminal 65 min kv.m sahəni əhatə edəcək.
Yeni terminal istifadəyə verildikdən sonra yeni kompleksdən beynəlxalq, mövcud hava limanından isə yerli aviareyslər həyata keçiriləcək.
Sözügedən layihə sərnişin və yük daşımaları sahəsində xidmətin keyfiyyətinin artırılması, uçuşların təhülkəsizliyinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə gerçəkləşdirilir.
Yeni aerovağzal kompleksinin inşasına 2011-ci ilin mart ayında başlanıb. Kompleksin təməl daşının qoyulması mərasimində Prezident İlham Əliyev iştirak edib.
Video
gun.az