"Apple"ın ortaqlarına iOS 7.0.3 versiyasını test üçün göndərdiyi məlum olub.
"Apple" şirkəti "İphone 5S" və "İphone 5c"ni təqdim edəndən sonra təcili iOS 7.0.1 və bir həftə sonra digər "Apple"lar üçün iOS 7.0.2-ni istifadəyə verib.
Lakin, ekran kilidində meydana çıxan təhlükəsizlik problemlərini aradan qaldırmağa yönələn iOS 7 versiyaları, iPhone ve iPad-də əmələ gələn problemləri həll edə bilməyib.
Qeyd edək ki, "Apple"larda "İOS 7" sisteminin tətbiqinə 18 sentyabrdan başlanılıb.
Big.az