Dünyanın ən uzun adamı Çində - FOTO
7.10.2013

Dünyanın ən hündürboy insanı olan türkiyəli Sultan Kösen Çinə gedib.

Kösəni Şahxayda insan seli qarşılayıb.
Ginnesin rekordlar kitabına adını yazdıran türk Şanxayda keçiriləcək Turkuaz türk mədəniyyəti və yeməkləri festivalına qatılacaq.

Gəzinti zamanı çinlilər ən hündür insanı görmək üçün yarışıblar. Onun keçdiyi hər küçədə şəkilləri çəkilib, böyük maraqla qarşılanıb.

"Çin çox qələbəlikdir. Burda addım atmalı yer yoxdur. İnsanlar balaca, binalar isə çox yüksəkdir", deyən türk bu qədər insanı bir yerdə görmədiyini deyib.

ANS PRESS