Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində az çiskin olacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, havanın temperaturu gecə 9-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə oktyabrın 11-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi Şərq rayonlarında az yağıs yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 20-25 dərəcə, dağlarda gecə 1-6, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacaq.
APA