Bu gün “Audi”-nin mətbuat xidməti yeni “R8”-in istehsalının gələn il “Böllinger Höfe” şirkətinin zavodunda başlayacağı barədə məlumat verdi.
“Audi”-nin nümayəndələri gələcək “R8”-in xüsusiyyətləri barədə məlumat verməkdən imtina ediblər. Məlumdur ki, yeni zavod 23 hektarlıq ərazidə tikiləcək. Həm də bildirilir ki, almanlar istehsalı maksimal dərəcədə ekoloji təmiz edəcəklər. Bunun üçün günəş batareyasından və yağış suyunun yığılması üçün vasitədən istifadə ediləcək.
Zavodun direktoru Fred Şuls öz bəyanatında deyib: “Yeni istehsalat – “Audi”-nin rəqabətə davamlılığı və həyatda qala bilməsi üçün əsas elementdir”. “Quattro GmbH”-ın icraçı direktoru Fransisk van Mil də öz növbəsində demişdir: “Bu gündən R8 bir damın altında yığılacaq. Bu bizə istehsalat prosesini optimallaşdırmağa kömək edəcək”.
Mod.AZ