Moskvanın musiqi evində Müslüm Maqomayev adına vokalçıların beynəlxalq müsabiqəsi qaliblərinin qala konserti olacaq. “Sevimli sənətçimizə həsr olunur...” adlı proqram həftənin 3-cü günü Moskva Musiqi Evində keçiriləcək.
Svetlanovsk səhnəsinəyarışmanın 2010-2012-ci ilin laureatları çıçıxış edəcəklər. Onların arasında bas-bariton Jenisbek Piyazov Özbəkistandan, bariton İlya Silçukov və bas-bariton Anatoliy Sivko Belarusiyadan və s.sənətçilər çıxış edəcəklər. Vokaistlər Silantyev adına Rusiya dövlət musiqi teleradiomərkəzinin Akademik böyük konsert orkestrının müşaidəsi altında səhnədə çıxış edəcəklər.
Maqomayev adına beynəlxalq vokalist müsabiqəsi 2010-cu ildən etibarən keçirilir. Klassik opera ilə yanaşı iştirakçılar həm də müasir estrada musiqisini də ifa edəcəklər. Juri qismində rusiyanın SSSR-in xalq artisti Tamara Sinyavskaya əyləşəcək.
Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub 2008-ci ildə isə vəfat edib. Bakı konservatoriyasında təhsil alıb. Maqomayev məşhur bəstəkar olan babası və hal-hazırda Bakı Filarmoniyasının adını daşıdığı möhtəşəm insanın yolunu davam etdirib. 1962-ci ildə Kremil sarayında çıxışından sonra böyük şöhrət qazanıb ilk konserti isə Çaykovskiy adına zalda baş tutub. 1963-cü ildə isə Muslim Azərbaycan opera və bolet teatrının solisti adını qazanıb.
Məşhur sənətkara 31 yaşında gənc olmağına baxmayaraq SSSR-inin xalq artisti adını verildi. Moestronun repertuarında 600-ən çox bəstəsi, 20-ən artıq mahnısı işıq üzü örüb.
ANS PRESS