“Microsoft”a 2008-ci ildən rəhbərlik edən Stiv Balmer baş direktor vəzifəsindən getdiyini elan etdikdən sonra, şirkətin direktorlar şurası aktiv şəkildə ona əvəz axtarmağa başlayıb.
Baş direktorun istefası 12 ay ərzində baş verəcəyindən direktorlar şurasının hələ çoxlu vaxtı var.
Baş direktor vəzifəsinə olan potensial namizədlərin arasında “Ford Motors”un rəhbəri Alan Mulalli, “Pivotal”ın icraçı direktoru Pol Morits, “Skype”ın rəhbəri Toni Beyts, eləcə də, “Nokia”nın keçmiş direktoru Stiven Elop var.
Gün.Az