“Muhteşem Yüzyıl” Bakıya gəlir!
11.10.2013

“28 Cinema” ölkəmizdə böyük marağa səbəb olan “Muhteşem Yüzyıl” serialının nümayişinə başlayır.

Kinoteatrdan verilən məlumata əsasən, oktyabrın 9-dan etibarən “Muhteşem Yüzyıl”ın pərəstişkarları artıq sevimli seriallarına böyük ekrandan izləyə biləcəklər.

“Muhteşem Yüzyıl” Türkiyə kinematoqrafiyasının ən məşhur tarixi teleserialıdır. Osmanlı padşahı Sultan Süleyman Qanuninin həyatından bəhs edir. Filmdə həmçinin ölkənin orta əsr tarixi, mədəniyyəti və adət-ənənələri təsvir olunur.

Qeyd edək ki, serialın nümayişi hər həftənin çərşənbə günü saat 22:00-da və yalnız “28 Cinema”da keçiriləcək.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq almaq mümkündür.

Serialın nümayişi “TİMS” və “28 Cinema”nın birgə layihəsidir.

“TİMS” 2006-cı ildə yaradılıb və Türkiyənin ən yaxşı film istehsalı üzrə şirkətlərdən hesab olunur.


Gün.Az