"Möhtəşəm yüz il"də Qanuni Sultan Süleymanın arvadlarından Mahidevranın obrazını canlandıran gözəl aktrisa Nur Fəttahoğlu bu gün Ləvənt Vəziroğluna ərə gedir.
"Milliyyət"in yazdığına görə, toy şənliyi bu gün günortadan sonra Vəziroğlunun evində olacaq. Xəbərdə deyilir ki, məşhur aktrisa bir müddətdir "D.ream"şirkətinin rəsmisi Ləvənt Vəziroğlu ilə eşq macəraları yaşayırmış və nəhayət ötən ay ondan evlənmək barədə təklif alıb.
Təklifə ‘bəli’ deyən aktrisa, yeri gəlmişkən, daha əvvəl biznesmen Murat Aysanla evli olub və iki il əvvəl boşanıblar. Daha sonra o, “Qurdlar vadisi”nin Polad Ələmdarı olan Necati Şaşmazla da isti münasibətlər yaşayıb. Hətta o dərəcədə yaxın olublar ki, onları tanıyanlar evlənəcəklərini düşünüblər. Amma sonradan bu iki cütlük ayrılmağa qərar veriblər. Yeri gəlmişkən, az sonra – 2012-ci ilin dekabrında Necati Şaşmaz Nagehan Kaşıkçı ilə evlənmişdi.
publika.az