Bir neçə rayonda qaz olmayacaq
13.11.2013

Təmir işləri günün sonunadək davam edəcək.

Bu gün Azərbaycanın bəzi rayonlarında istehlakçıların təbii qazla təminatında problemlər olacaq.

SOCAR-in “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar noyabrın 13-də saat 10:00-dan Şirvan şəhərinin bir hissəsinə, saat 10:00-dan 12:00-dək Ağsu, Goranboy və Şəmkir rayonlarının bir hissəsinə, saat 10:00-dan 18:00-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsinə, saat 11:00-dan 3 gün müddətində Şamaxı rayonunun Hacılı, Qızmeydan, Əhmədli kəndlərinə və Qobustan rayonunun Hilmilli kəndinə, saat 11:00-dan 17:00-dək Şabran rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Kürdəmir rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Tovuz rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Oxu.az