Ronaldu İspaniya Çempionatının ən qiymətli oyunçusu seçilib
3.12.2013

“Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu futbol üzrə İspaniya Çempionatının 2012/2013 mövsümünün ən qiymətli oyunçusu seçilib.
Bu barədə ölkənin Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdirilib.

Ötən mövsümdə o, 34 qol vurub, 10 qol ötürməsi edib və milli birinciliyin gümüş mükafatçısı olub.

46 qol vuran Messi isə ən yaxşı oyunçu və hücumçu seçilib. Onun hesabında 12 qol ötürməsi var. Ən yaxşı məşqçi “Atletiko”nun baş məşqçisi Dieqo Simeone, ən yaxşı qapıçı Tibo Kurtua (“Atletiko”), ən yaxşı müdafiəçi Serxio Ramos (“Real”), ən yaxşı hücumameylli yarımmüdafiəçi isə Andres İniesta (“Barselona”) seçilib.

gun.az