28.6.2012
  
ABŞ-ın Mayami ştatındakı Cekson Memorial hospitalında cərrahlar çox mürəkkəb cərrahiyyə əməliyyatı apararaq hələ dünyaya gəlməmiş uşağın ağız boşluğundakı şişi kəsib götürüblər.
28.6.2012
  
2009-cu ildə Montrö Beynəlxalq Caz festivalının qalibi olmuş 22 yaşlı İsfar Sarabski Berlində iki konsert verib.
28.6.2012
  
Ayda torpaq almaq istəyənlər onun sotuna cəmi 2,5 dollar ödəməklə istəklərinə nail ola bilərlər. Bunu Ay, Mars, Venera və Merkuridə ərazi satmaqla məşğul olan «Ay səfirliyi» təşkilatı açıqlayıb.
28.6.2012
  
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov çərşənbə günü bildirib ki, iyunun 27-dən iyulun 2-dək Bakıda "Crans Montana" regional forumunun keçirilməsi ilə əlaqədar paytaxta gələcək rəsmi qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə şəhərin bir sıra küçə və yollarında avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.
28.6.2012
  
Almanlar Sumqayıt şəhərində yeni pilot peşə təhsili müəssisəsi yaratmağı planlaşdırır. Çərşənbə günü Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Almaniya-Azərbaycan Forumunun sədri, Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer ölkəmizdə peşə təhsili sahəsi üzrə yeni layihənin həyata keçirilməsi təklifi ilə çıxış edib.
28.6.2012
  
Qoç - Sizdə sağlam düşüncə və soyuqqanlılıq çatmır. Emosiyalar sizi düşünülməmiş addımlara sürükləyəcək, başqa vaxt sağlam düşüncə ilə imtina edəcəyiniz şeylərə məcbur edəcək. İşdə münaqişələr mümkündür. Siz müxalifətdə qalmaq və müttəfiqlərinizi itirmək riski ilə üz-üzəsiniz. Yeni tanışlıqlar arzuolunmazdır.
28.6.2012
  
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), “Caucasus International” və “Turkish Policy Quarterly” jurnallarının birgə təşkil etdiyi “Qafqazın gələcəyi naminə birgə səylər: ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfrans keçirilir.
28.6.2012
  
Amerikalı kinorejissor Ceyms Kameron "Avatar" filminin davamını çəkir. 3D formatda olacaq davam 3 filmdən ibarətdir.
28.6.2012
  
Futbol üzrə 14-cü Avropa çempionatında ilk finalçı məlum olub. Donetskdə keçirilmiş ilk yarımfinalda İspaniya və Portuqaliya yığmaları qarşılaşıblar.
28.6.2012
  
Azərbaycanın Quba rayonunda zəlzələ olub.
28.6.2012
  
İctimai Televiziyaya (İTV) əcnəbi teleserialların yayım hüququ verilməyəcək. Milli Məclisin (MM) iyunun 29-da keçiriləcək növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər layihəsində “teleseriallar” sözü olmayacaq.
28.6.2012
  
Azərbaycanın tanınmış muğam ifaçısı Alim Qasımov qızı Fərqanə ilə birgə Fransada konsert verəcək.
27.6.2012
  
Kosmosda böyük toqquşma olacaqdır. Gələn il alimlərin uzun müddətdir müşahidə etdikləri qara dəlik nəhəng qaz buludunu udacaqdır. Bu toqquşma ilə əsrarəngiz qara dəliyin sirrinin açılacağı da gözlənilir.
27.6.2012
  
Türkiyənin Van şəhərində dünyada məşhur olan “Van pişikləri”nin gözəllik müsabiqəsi keçirilib.
27.6.2012
  
Azərbaycan hökuməti Nazirlər Kabineti və mərkəzi icra orqanlarının normativ-hüquqi aktları layihələrinin "elektron hökumət" portalında yerləşdirilməsi qaydalarını təsdiqləyib.
27.6.2012
  
Britaniyada alimlər müasir tibdə çevriliş etməyə qadir olan nadir göbələk növü kəşf ediblər. O, Norfolk meşəsində tapılan poni peynində aşkar edilib.
27.6.2012
  
İyunun 28-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
27.6.2012
  
Ağsu rayonu ərazisində qədim dəfinə tapılıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyevin verdiyi məlumata görə, iyunun 22-də şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri aparılarkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə aşkara çıxıb.
27.6.2012
  
Qoç - Birmənalı gün deyil - həm müsbət, həm də mənfi tendensiyalar güclüdür. Sonuncuların təsirinə baxmayaraq, sizin uğur əldə etmək şansınız var. Düzdür, bunun üçün tanınmış və nüfuzlu adama kömək xahişi ilə müraciət etməli olacaqsınız. Nikbinliyiniz sayəsində hansısa çətin məsələnin həllini tapacaqsınız.
27.6.2012
  
Azərbaycanın əməkdar artisti, aktyor Azər Mirzəyev bir müddət əvvəl Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsindən gedib.