3.7.2012
  
Nizami rayonununda 8-ci kilometr bazarın qarşısında yaranan maşın və insan sıxlığından ibarət xaos tezliklə yox olacaq.
3.7.2012
  
Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul imtahanlarının yekun nəticələri açıqlanıb.
3.7.2012
  
Qoç - Məhsuldar gündür, istənilən problemin həllinə həvəslə girişirsiniz. Bunların arasında əvvəl həllolunmaz hesab etdikləriniz də var. Özünüzə çox güvənirsiniz, amma məntiqi düşüncəniz də bu gün «axsamır». İşdə uğurlar gözlənilir, biznesinizi genişləndirə bilərsiniz.
3.7.2012
  
Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında sərəncam imzalayıb.
3.7.2012
  
Prezident İlham Əliyev 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycanda keçirilməsini təmin etmək haqqında sərəncam imzalayıb.
3.7.2012
  
İyulun 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
3.7.2012
  
Bu gün Yekaterinburq-Lənkəran-Yekaterinburq marşrutu üzrə birbaşa ilk aviareys həyata keçirilib. Rusiyanın «Ural Airlines» aviaşirkəti tərəfindən təşkil olunan uçuş zamanı səhər saat 06:35-də 97 sərnişinlə havaya qalxan «Airbus-320» tipli təyyarə saat 09:30-da Lənkəran Beynəlxalq Hava Limanına enib.
2.7.2012
  
İyulun 12-də Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov Bakıdakı Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edəcəkdir.
2.7.2012
  
Anar Bəylərin ifasında səslənən “Oyansın xəritələr” mahnısı və bu mahnıya çəkilmiş klip Rusiya hit-paradlarında yayımlanır.  “Oyansın xəritələr” mahnısının klipinin çəkilişi Ukraynada reallaşıb və klipin premyerası Rusiyanın məşhur Youtube kanalı olan “Ello TV”də olmuşdu.
2.7.2012
  
İspaniya yığması “Euro-2012”nin qalibi olub. Dünən Kiyevin “Olimpiyskiy” stadionunda keçirilən final matçında İspaniya millisi İtaliya yığmasını darmadağın edib – 4:0.
3.7.2012
  
“Apple” şirkətinin telefon bazarını tamamilə dəyişən inqilabi “iPhone” telefonlarının istehsala buraxılmasının üstündən 5 il keçir.
2.7.2012
  
İyulun 3-də gecə Bakı və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
2.7.2012
  
Məşhur Hollivud ulduzu Aziya Arcanti də “Bakı, mən səni sevirəm!” layihəsində iştirak edəcək.
2.7.2012
  
Azərbaycanda avtomobillər üçün yeni ekoloji standartlar tətbiq olunacaq.
2.7.2012
  
Muzey Mərkəzində Belarus fotoqraflarının “Yaddaş” adlı sərgisi açılmışdır. Sərgi Belarus-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan Dövlət Film Fondu və Belarusun Azərbaycandakı səfirliyinin dəstəyi ilə Belarus Dövlət Kino və Fotosənədlər Arxivi tərəfindən təşkil edilmişdir.
2.7.2012
  
Azərbaycanda 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, ümumilkdə bu il 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir.
2.7.2012
  
Nyu-Yorkun “Venus Over Manhattan” qalereyasından oğurlanmış akvarel poçt vasitəsilə geri qaytarılmışdır. S.Dali tərəfindən 1949-cu ildə çəkilmiş şəkil 2012-ci ildə açılmış qalereyanın ilk ekspozisiyalarına daxil idi.
2.7.2012
  
Yay mövsümü ilə əlaqədar «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Split (Xorvatiya) marşrutu üzrə birbaşa çarter aviareyslərinə başlayıb.
2.7.2012
  
Göygöl rayonunda turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində yeni otel tikiləcəkdir.
29.6.2012
  
Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gələn həftənin sonlarına kimi davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, iyunun 30-da Bakı və Abşeron yarımadasının bəzi yerlərində gecə və səhər saatlarında qısamüddətli yağışlar yağacaq.