14.11.2012
  
Bu gün Ümumdünya Diabet Günüdür. BMT-nin baş katibi Pan Gi Mun bununla bağlı ictimaiyyətə müraciət edib. BMT-nin Bakı ofisindən verilən məlumata görə, baş katib müraciətində vurğulayıb ki, diabet ən geniş yayılmış qeyri-yoluxucu xəstəliklərdən biridir.
14.11.2012
  
“Hər bir yol polisinin patrul avtomobilində müfəttişə və sürücüyə nəzarət edən kamera quraşdırılacaq”.
14.11.2012
  
Gənc və populyar müğənni Sevda Yahyayeva yeni klipini təqdim edib. Sözləri Pərviz Mahmudova, musiqisi Aygün İsmayılovaya aid olan “Sən” adlı mahnıya gürcü rejissoru Zaza Oraşvili ekran həyatı verib.
14.11.2012
  
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artaraq 163 280-ə çatıb.
14.11.2012
  
Bu ildən etibarən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavrları “dual” yəni, ikili diplom əldə edəcək.
14.11.2012
  

Noyabrın 29-da Moskva şəhərində “Crocus City Hall”da tanınmış rusiyalı repçi Timatinin konserti olacaq.

14.11.2012
  
Respublika ərazisində müşahidə olunan hava payız mövsümünə tam uyğundur. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu baş hidroloqu Asif Verdiyevin verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il havalar daha xoş keçir.
13.11.2012
  
Bakı və Abşeron yarımadasında noyabrın 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
13.11.2012
  
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın «NeyroTex» şirkəti tərəfindən görmə məhdudiyyəti olan insanlar üçün dünyada ilk dəfə olaraq səslə idarə edilən mini-kompyuter hazırlanıb.
13.11.2012
  
Əgər sizdə nikel və kobalta qarşı allergiya varsa, yəni onlarla təmasda olarkən sizdə qızartı, şişkinlik, qaşınma, səpki əmələ gəlirsə, bəzi mobil telefonlardan istifadə sizə zərərlidir.
13.11.2012
  
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası (QŞ) Məhərrəm ayının başlanması və Aşura mərasimləri ilə bağlı fətva verib.
13.11.2012
  
Sabah günəş tutulması baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru Əyyub Quliyevin verdiyi məlumata görə, Günəş tutulması noyabrın 14-də Bakı vaxtı ilə saat 23.39-da baş verəcək və saat 04.44-ə qədər davam edəcək. Bu təbiət hadisəsi Azərbaycan ərazisindən müşahidə edilməyəcək.
14.11.2012
  
Dağıstan sakini, 56 yaşlı Ayşət Maqsudova indi respublikada çox məşhurdur. Hadisə qadının qonaq getdiyi Novo Biryuzyak kəndində baş verib.
14.11.2012
  
Ötən gecə Talış dağlarına ilk qar yağıb. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikovon Cənub bürosuna verdiyi məlumata görə, yağıntı Lerik şəhəri də daxil olmaqla, rayonun 60-a yaxın yaşayış məntəqəsini əhatə edib. 3-4 sm-lik qar yerli əhali üçün heç bir problem yaratmayıb.
13.11.2012
  
Ömrünü 61-ci payızın yaşayan Bahar Tahirova nə az, nə çox düz 35 ildir ki, avtobus sürür. Bu baxımdan Bahar xanım Azərbaycanda ilk və yeganə avtobus idarə edən xanım kimi tanınır.
14.11.2012
  
Hazırda 10 əcnəbi ailə Azərbaycandan övlad götürmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) rəsmi qeydiyyatdadır.
13.11.2012
  
Noyabrın 28-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda I Beynəlxalq «İdman, İdman ləvazimatı və geyimi» sərgisi («SportExpo-2012») keçiriləcək.
14.11.2012
  
Akademik Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu payız-qış mövsümü ilə əlaqədar insanların qripdən qorunması üçün peyvənddən istifadə etməyə çağırıb.
14.11.2012
  
Bakı və Abşeron yarımadasında noyabrın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
13.11.2012
  
Qoç - sakitlik və təmkini qorumaq çox mühümdür. Yalnız belə olan təqdirdə çətin günü özünüz üçün əlverişli zamana döndərə bilərsiniz. Çətinliklər və problemlərə emosional səbatınızı qarşı qoyun. Ən çətin, əlverişsiz şəraitdə belə, nikbinliyinizi qoruyun.