19.11.2012
  
Qoç - həyat tərziniz, yaşam stiliniz və fəaliyyətinizin tipini bu gün köklü şəkildə dəyişə bilərsiniz. Amma unutmayın ki, belə dəyişikliklər ətrafdakı insanları şoka sala bilər.
19.11.2012
  
Ben Stiller kinematoqrafiyaya verdiyi töhfələrə görə mükafatlandırılıb. Tanınmış Hollivud aktyoru və rejissoru Ben Stiller hər il təqdim edilən "Amerika Sinematek Mükafatı"na layiq görülüb.
19.11.2012
  
Azərbaycanın orta məktəblərində müəllim işləyənlərin sertifikatlaşdırılma prosesindən keçirilməsi nəzərdə tutulur. Bunu Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.
19.11.2012
  
İranın Energetika Nazirliyinin MDB ölkələri və sərhəd çayları üzrə baş idarəsinin direktoru Cabbar Vətənfəda Araz çayının suyunun Urmiya gölünə axıdılması məsələsindən danışıb.
19.11.2012
  
Məşhur aktyor Çarli Çaplinə məxsus şlyapa və əsa Los-Anceles hərracında satılıb. Onların ümumi qiyməti 62.000 dollar təşkil edib.
19.11.2012
  
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Azərbaycanda bir tələbənin təhsil alması üçün ayrılan vəsaitin az olduğunu bildirib.
19.11.2012
  
ABŞ-ın Pensilvaniya ştatında yaşayan Nikol Delin adlı 17 yaşlı gənc qızı "yatmış gözəl" adlandırmaq olar.
19.11.2012
  
Türkiyədəki Atatürk Universitetinin ədəbiyyat fakültəsinin sənət tarixi bölməsinin rəhbəri, professor Hüseyn Yurttaşın başçılıq etdiyi qrupun Erzincandakı Kemah rayonunda apardığı arxeoloji-qazıntı işləri uğurla başa çatıb.
16.11.2012
  
Brityaniyalı idmançılar adlarını "Ginnesin Rekordlar Kitabı"na yazdırıblar. İngiltərənin Şərqi Sasseks qraflığında 28 nəfərdən ibarət britaniyalı gimnastlar qrupu adlarını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
16.11.2012
  
Mərhum müğənni, dünyaca məşhur Emi Uaynhausun Londonda 2011-ci ilin iyulunda vəfat etdiyi malikanəsi hərracda satılacaq.
16.11.2012
  
Bu gündən Məhərrəm ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının (QŞ) fətvasında bildirilir ki, Hicri-qəməri təqvimi ilə 1433-cü il başa çatır. Yeni ilin - 1434-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimi ilə 2012-ci il noyabrın 16-na, Aşura isə Məhərrəm ayının 10-cu günü noyabrın 25-nə təsadüf edir.
16.11.2012
  
2013-cü ilin dövlət büdcəsində həkimlərin, müəllimlərin əməkhaqlarının artırılması nəzərdə tutulur.
16.11.2012
  
Qoç - bu gün təkminli, səbrli, soyuqqanlı olun. Bununla belə, ətrafınızdakı insanların sizdən sui-istifadə etmələrinə imkan verməyin.
16.11.2012
  
BMT-nin baş katibi beynəlxalq dözümlülük günü münasibəti ilə müraciət yayıb. BMT-nin Bakı Ofisindən verilən məlumata görə, müraciətdə XXI əsr üçün dözümlülük və qarşılıqlı anlayış nümayiş etdirməyin çox vacib olduğu vurğulanıb: “İnkişaf daha çox müxtəliflik yaratdığı qloballaşan dünyada dözümlülük birlikdə yaşamaq üçün lazım olan ən vacib şərtdir. Dözümlülük bu gün də sınaqdan keçirilir.
16.11.2012
  
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvarından AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçu, məşqçi və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılmışdır.
16.11.2012
  
Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
16.11.2012
  
Almaniyanın Visbaden şəhəri kitabxanasında Şah İsmayıl Xətainin nəfis xətt nümunəsi aşkar edilib.
16.11.2012
  
İsveç millisi ilə İngiltərə arasında keçirilmiş yoldaşlıq görüşündə azərkeşlər maraqlı qarşılaşmanın şahidi olublar. Matçın favoriti İngilislər hesab olunsada İsveç futbolçuları böyük əzmkarıq göstərərək 4-2 hesabı ila qalib gəliblər.
16.11.2012
  
Bakıda sərnişin avtobuslarda gediş haqlarının ödənilməsi 2013-cü ilin əvvəlindən kart sistemilə olacaq. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov  açıqlamasında bildirib ki, bu proses tədricən genişlənəcək.
16.11.2012
  
İnfarkt zamanı nə etmək olar? Infarktın ən əsas əlaməti ağrı sindromudur. Bu ələ və ya çənəyə təsir edən döş qəfəsindəki ağrıdır. Bəzən isə boğulma hissi yarana bilər.