10.8.2012
  
"Forbes" xüsusi reytinq siyahısı tərtib edib. "Forbes" Hollivudun ən çox gəlir əldə edən aktrisalarını müəyyənləşdirib. Ən çox qazanan aktrisaların ilk "onluğ"unu təqdim edirik:
10.8.2012
  
Avqustun 11-də ölkə ərazisində hava şəraitinin isti, günəşli keçəcəyi, cənub küləyinin əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
10.8.2012
  
Avqustun 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 2-ci görüşü keçiriləcək.
10.8.2012
  
Azərbaycan diasporunun yeni televiziya kanalının açılması planlaşdırılır. Azərbaycan dilinin inkişafına dair dövlət proqramını hazırlayan işçi qrupundan cümə günü bildirilib ki, yeni televiziyanın açılması "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramının tədbirlər planında öz əksini tapıb.
10.8.2012
  
Bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında hər qrup üzrə maksimal bal toplamış 25 nəfərin adı Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmək üçün təqdim olunacaq.
10.8.2012
  
XXX London Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında Azərbaycan idmançısı Ramin Əzizov ilk görüşündə olimpiadanın favoritlərindən sayılan ikiqat Olimpiya, beşqat dünya çempionu Stiven Lopezə (ABŞ) qalib gəldi.
10.8.2012
  
Qoç - Fenomenal iş qabiliyyətiniz sizin uğurunuzun açarıdır. Enerji və inadkarlıq tələb edən işlərdə sizin rəqibiniz yoxdur. Yorulmaq nə olduğunu bilmirsiniz, eyni işlə uzun müddət məşğul olsanız da, bezmirsiniz.
10.8.2012
  
Avqustun 31-dən sentyabrın 9-dək Rusiya paytaxtında Beynəlxalq Moskva Avtomobil Sərgisi keçiriləcək.
10.8.2012
  
Qahirədə Ramazan ayı münasibətilə Azərbaycan Günü keçirilib. Azərbaycanın Misirdəki səfirliyindən bildirilib ki, tədbirdə Misirin ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının və işgüzar dairələrin nümayəndələri iştirak edib.
10.8.2012
  
XXX Yay Olimpiadasının bugünkü, 14-cü yarış günü Azərbaycan üçün hazırkı Oyunlardakı ən fəal günlərdən olacaq. Avqustun 10-da birdən-birə yeddi idmançımız mübarizəyə qatılacaq.
10.8.2012
  
Yeni “Ford” modeli Azərbaycanda satışa çıxdı. 2013-cü ilin “Ford Edge” modeli “Ford Azərbaycan” Satış Mərkəzində təqdim olundu.
10.8.2012
  
Dənizkənarı Milli Parkda qurulan yeni nəsil taksofonlar bulvarın genişləndirilən ərazisində də qurulacaq.
9.8.2012
  
Londonda keçirilən Olimpiya Oyunlarında güləş yarışları davam edir. Güləş yarışlarının dördüncü günü 48 kq çəkidə qadın güləşçimiz Mariya Stadnik 1/8 final mərhələsində mübarizəyə qoşulub.
9.8.2012
  
Rusiyanın RBK portalı Avropanın ən gözəl paytaxtlarının siyahısını dərc edib. Reytinq 35 786 nəfər respondentin iştirak etdiyi sorğu nəticəsində hazırlanıb.
9.8.2012
  
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Sinam» şirkəti tərəfindən hazırlanan və 2011-ci ildən istifadəyə verilən GoMap.az layihəsinin meneceri Xaqani Nəsibovun məlumatına əsasən gün ərzində 5 min nəfərdən çox istifadəçi GoMap.az onlayn naviqator portalından istifadə edir.
9.8.2012
  
Dünya şöhrətli fransız aktyor Jerar Depardye Bakıya gələcək. GoMap.Az “tele-2-semaines.fr” saytına istinadən xəbər verir ki, aktyor gələn ay paytaxta səfər edəcək.
9.8.2012
  
Qoç - Siz, ətrafdakı insanları çox yaxşı başa düşürsünüz və onlarla rahatlıqla ümumi dil tapa bilirsiniz. Bu gün işgüzar və şəxsi ünsiyyətlər və ciddi problemlərin həlli üçün müvafiq gündür.
9.8.2012
  
Xəzər dənizində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verilən məlumata görə, zəlzələ bu gün yerli vaxtla saat 04-22-də qeydə alınıb.
9.8.2012
  
Azərbaycan güləşçisi Yuliya Ratkeviç London Yay Olimpiya oyunlarında mübarizəyə başlayıb.