8.8.2012
  
Qoç - Gün o qədər də pis deyil, lakin emosional fonun gərginliyi hər şeyi korlayır. Məhz buna görə qıcıqlanmağa yaxınsınız və insanlarla ünsiyyətdən tez bezirsiniz.
8.8.2012
  
Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir, hava əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən az buludlu, yağmursuz keçəcəyi gözlənilir.
8.8.2012
  
Rasim Balayevin 64 yaşı tamam olur. Avqustun 8-i Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Rasim Balayevin doğum günüdür.
8.8.2012
  
“Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “İRƏLİ” İdman Mərkəzinin birgə təşkilatçılığı ilə 14-20 avqust tarixləri arasında Şamaxı şəhərində gənclər üçün “Alfa Ekstrim - Yay Düşərgəsi” layihəsi keçiriləcək.
8.8.2012
  
Gəncədə şəhər mərkəzləşdirilmiş kitabxana sisteminin təşkilatçılığı ilə “Mütaliə həftəsi” keçirilir. Mədəniyyət və Tiurizm Nazirliyindən verilən məlumata əsasən, mərkəzi kitabxananın qarşısında təşkil olunan “Mütaliə həftəsi”nin ilk günündə iştirakçılara 200 ədəddən çox kitab təqdim olunub.
8.8.2012
  
Rusiyanın Yekaterinburq şəhərində yayın xatirəsinə iri sərinkeş heykəli hazırlayıblar. İyun və iyulun anomal istiləri şərəfinə Yekaterinburqun düz ortasında iri sərinkeş heykəli qoyulub.
7.8.2012
  

Gürcüstanda notariuslar evlənənlərin nikahını bağlamaq, yaxud boşananların nikahını ləğv etmək hüququ qazanıb. Ölkədə fəaliyyət göstərən 240 notariusa bu vəzifəni icra etməyə icazə verilib. 

7.8.2012
  
Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul elan olunub. GoMap.Az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, Azərbaycanın ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul bu il martın 4-də və iyunun 24-də keçirilmiş iki mərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
7.8.2012
  
Sabah ölkə ərazisində hava şəraitinin isti, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz olacağı gözlənilir.
7.8.2012
  
İranın "Kish Air" aviaşirkəti avqust ayından sonra Təbriz-Bakı-Təbriz marşrutu üzrə uçuşları bərpa edəcək. Bu barədə çərşənbə axşamı aviaşirkətin Azərbaycandakı nümayəndəsi Eldəniz Səfərov bildirib.
7.8.2012
  

2002-ci ili dünya gözəli, türkiyəli Azra Akın istirahət etdiyi Çeşmede kameralardan yayına bilmədi.

7.8.2012
  

London XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də keçirilən yarışlar Azərbaycan idmançıları üçün uğurlu olmuşdur. 

7.8.2012
  

2012/2013-cü tədris ilində Bakı məktəbləri bütövlüklə vahid məktəbli formasına keçəcəklər. Bu barədə bazar ertəsi Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı bildirib.

7.8.2012
  

Azərbaycanda 2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu 1-3 avqustda keçirilmiş riyaziyyat imtahanının nəticələri açıqlanıb.

7.8.2012
  
Bu gün London Olimpiadasında Azərbaycan ən ağır çəkili boksçusu Məhəmmədrəsul Məcidov (+91 kq) növbəti döyüşünə çıxıb.
7.8.2012
  
IDEA kampaniyası "IDEA mühazirələri" layihəsinin davamı olaraq, bazar ertəsi Ümumdünya nüvə silahı ilə mübarizə günündə mühazirə həyata keçirib. Mühazirə IDEA kampaniyasının Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində baş tutub.
7.8.2012
  
Azərbaycanda dövlət qulluğunda 700 vakant yerə müsabiqə elan olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, müsabiqə 64 dövlət orqanındakı 578 vakant vəzifənin tutulması üçün elan olunub.
7.8.2012
  
Rəssam Sabir Çopuroğlu rəsm əsərlərini boya ilə deyil, neftlə çəkir. S.Çopuroğlunu həmkarlarından fərqləndirən başqa bir xüsusiyyəti də onun fırça yerinə barmaqlarından istifadə etməsidir.
6.8.2012
  
«Azəryolservis» ASC Bakı şəhərinin Alı Mustafayev, Hüseynbala Əliyev, Abdulvahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi barədə məlumat yayıb.
6.8.2012
  
Namiq Qaraçuxurlu ilə əməkdar artist Natiq Şirinov yeni layihə təqdim edəcək. Sənətçilər bir müddət öncə ATV telekanalında birgə ifa etdikləri “Vətən” mahnısına klip çəkdirəcəklər.