6.8.2012
  
Azərbaycanlı güləşçi Rövşən Bayramov London Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib. 55 kq çəki dərəcəsində çıxış edən idmançımızın rəqibi rusiyalı Minqiyan Semenov olub.
6.8.2012
  
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 4-də Sloveniyanın məşhur “Tartini kvarteti”nin konserti olub.
3.8.2012
  
Tailandda yaşayan ailələrdən birinin altı əkiz uşağı olmuşdur. Lakin daha maraqlısı odur ki, uzun müddət övlad üzünə həsrət qalan ailə körpələrə avtomobil markalarının adlarını vermişdir.
3.8.2012
  
İndoneziya zooparkında yaşayan “Tori” ləqəbli oranqutanı siqaret aludəçiliyindən xilas etmək üçün uzaq adaya yerləşdirmişlər. 15 illik ömrünün 10 ilini siqaret çəkən meymunu nikotin asılılığından azad etmək üçün zooparkın işçiləri ona kömək etmək qərarına gəlmişlər.
3.8.2012
  
Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi Oğuz və Qəbələ rayonlarında humanitar aksiya keçirmişdir. Humanitar aksiyada Milli Onkologiya Mərkəzinin 18 nəfərlik həkim briqadası iştirak etmişdir.
3.8.2012
  
Almaniyanın Bonn Universitetinin arxeoloqları mayya şahzadəsinin qəbrini tapmışlar. Qazıntılar Mərkəzi Amerikada yerləşən Yukatan yarımadasındakı qədim Uksul şəhərində aparılmışdır.
3.8.2012
  
Bu gün Nobel prospektində qeyri-adi bilbord peyda olub. Leyla Aşumova atasının 39 yaşının tamam olması ilə bağlı qəribə təbrik metodu seçib. O, şəhərdə fəaliyyət göstərən reklam şirkəti ilə danışıb və Nobel prospektində bilbord kirəyə edib.
3.8.2012
  
Bərdə sakininin evinə ilanlar soxulub. İlanlar azyaşlı uşağın yatdığı çarpayıya qalxaraq onun yanında yatıblar.
Bərdənin Kətəlparaq kəndi ərazisində müvəqqəti məskunlaşan ağdamlı məcburi köçkünlərin yaşadıqları qəsəbədə ilanların artdığı məlum olub.
3.8.2012
  
Tələbə Qəbulu üzrə Dövlər Komissiyasının sədri Məleykə Abbaszadə valideynlərə çağırış edib. Сümə günü keçirilən mətbuat konfransında Abbaszadə valideyinləri ixtisas seçimi ilə bağlı övladlarına təzyiq göstərməməyə çağırıb.
3.8.2012
  
Xeyli vaxtdır birlikdə olan Kenan Doğulu və Beren Saat (“Fatmagülün suçu ne?” serialında Fatmagül rolunun ifaçısı) cütlüyü evlənməyi qərara alıb.
3.8.2012
  
Həftəsonu ölkə ərazisində hava şəraitinin isti, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
3.8.2012
  
3 mart 1847-ci ildə Şotlandiyanın Edinburq şəhərində doğulan Aleksandr Qraham Bell sənayeçi olsa da telefonu icad edən şəxs kimi tanınır.
3.8.2012
  
“Bakcell” Junior Achievement Azərbaycan təşkilatı ilə birgə gənclərin karyera çevikliyinin inkişaf etdirilməsinə yönəlmiş Mobil Telekommunikasiya sahəsində Karyera” adlanan (Careers in Mobile Telecom - CiMT) proqrama start verib.
3.8.2012
  
ABŞ-ın İndiana ştatındakı begemot Donna dünyanın ən yaşlı begemotu hesab olunurdu. Bu begemot artıq ölüb. Ağır xəstəliyə görə zooparkın əməkdaşları onu evtanaziya etmək məcburiyyətində qalıblar.
3.8.2012
  
Qoç - Bu gün qoçlar üçün yeni ideyalarla bol olacaq. Sadəcə, bir az yaradıcılıq qabiliyyəti və səbr lazımdır. Sonuncu ilə bir az problem çıxa bilər. Ona görə də səbrli olmağa çalışın. Yaxşı olar ki, yanınızda elə bir insan olsun ki, sizin fikirlərinizin dağılmasına imkan verməsin.
3.8.2012
  
Bu gün Azərbaycan teatr və kino aktyoru, xalq artisti Fəxrəddin Manafovun doğum günüdür. SİA-nın xəbərinə görə, aktyor 1955-ci ildə avqust ayının 2-si Xankəndidə anadan olub.
3.8.2012
  
İstedadlı və gənc vokalçı İlham Nəzərov İtaliyanın Martina Franka şəhərində keçirilən 38-ci “Della Valle D'İtria” (İtriya Vadisi Festivalı) festivalında iştirak edib.
2.8.2012
  
Həftə sonu Azərbaycan paytaxtında meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 3-dən 5-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperaturun yaradacağı diskomfort şərait meteohəssas insanlar üçün əlverişsizdir.
2.8.2012
  
Məşhur İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Elektron Kitabxanasının icraçı direktoru, BMT-nın Mədəniyyətlərarası dialoq üzrə xüsusi səfiri, doktor İsmayıl Seragəldin Nizami Gəncəvi ilə bağlı məqalə yazıb.
2.8.2012
  
Xalq yazıçısı Elçin Əfəndiyevin məşhur “Mahmud və Məryəm” romanı əsasında ekranlaşdırılan eyni adlı filmin Azərbaycandakı çəkilişləri dünən başa çatıb.