14.6.2012
  
Son günlər cənubdan hərəkət edən isti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti anomal isti keçir. Belə ki, dünən iyunun 13-də Bakı və Abşeron yarımadasında orta sutkalıq temperatur iqlim normasından 6,5 dərəcə yuxarı olub.
14.6.2012
  
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yay mövsümünün başlaması ilə əlaqədar ölkədə fəaliyyət göstərən turizm şirkətləri və mehmanxanalara müraciət edib.
14.6.2012
  
Yay mövsümü ilə əlaqədar «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Bodrum-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysini bərpa edib.
13.6.2012
  
İyunun 14-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.
14.6.2012
  
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəylinin tərtib etdiyi «Farsca-rusca-azərbaycanca müxtəsər lüğət» işıq üzü görüb.
13.6.2012
  
Saatlı rayon sakini Şücaət Hatəmovun təsərrüfatında qeyri-adi buzov dünyaya gəlib.
13.6.2012
  
Qoç - Mənfi tendensiyaların təsiri güclü olacaq. Həmkarlarınızla ciddi fikir ayrılıqları yarana bilər. Rəhbərilk sizin hərəkətlərinizi kəskin tənqid edəcək. Bu və ya cigər hərəkətləri edərkən hansı motivlərə əsaslanacağınızı izah etməli olacaqsınız. Bu, zövqünüzcə deyil. Amma təəssüf ki, başqa yolunuz da yoxdur.
13.6.2012
  
İyunun 12-də İstanbulda Türkiyənin “Ekovitrin” jurnalının ənənəvi sorğusunda respondentlərin 2011-ci ilin qalibi seçdikləri şəxslərə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
13.6.2012
  
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirir.
13.6.2012
  
Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına proqram seçimi başa çatıb.
13.6.2012
  
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakıda Ziya Bünyadov prospektinin yenidən qurulması üzrə işləri başa çatdırmağı və yolu 2013-cü ilin əvvəlində istismara verməyi planlaşdırır. Bu barədə çərşənbə günü ASC-nin əməkdaşı bildirib.
13.6.2012
  
Xəbər verdiyimiz kimi, beynəlxalq super ulduzlar Rihanna və Şakira FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin oyunlarında çıxış edəcəklər.
13.6.2012
  
Fransız arxeoloqlar Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən qədim mirvarisini tapmışlar.
12.6.2012
  
“Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan sərhədini 15 gün müddətində 103 min insan keçib. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
12.6.2012
  
Böyük Britaniyanın «British Midland International» aviaşirkəti (BMI) tərəfindən bu gün yerinə yetirilən 926 saylı Bakı-London aviareysi təxirə salınıb. Aviaşirkətin Bakı ofisindən verilən məlumata görə, aviareysin təxirə salınmasının səbəbi təyyarənin cədvələ uyğun olaraq saat 07:40-da Bişkəkdən (Qırğızıstan) Bakıya gəlməməsi ilə bağlıdır.
12.6.2012
  
İyunun 13-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21, gündüz 31-36 dərəcə isti olacaq.
12.6.2012
  
Azərbaycan paytaxtı dünyanın ən bahalı şəhərləri siyahısında 2011-ci ilə nisbətən 1 pillə geriləyərək 49-cu yeri tutub.
12.6.2012
  
Qoç - Bu gün işgüzar məsələlərin həlli üçün yaxşı gündür. Həyat potensialı, enerjiniz və mənəvi gücünüz yüksəkdir. Bu, uğur əldə etmək üçün lazım olacaq. Yeni çətin işlər meydana çıxacaq.
12.6.2012
  
Bolqarıstanın BNT İctimai Televiziyasında Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Eurovision” mahnı müsabiqəsinə həsr olunmuş film yayımlanıb.
12.6.2012
  
İngiltərə polisi yerin altında narkotik bitkilər yetişdirən cinayətkar qrup aşkar edib. Avon və Somerset polislərinin Somersetdə birgə həyata keçirdikləri əməliyyat nəticəsində yerin təxminən 3 metrə yaxın dərinliyində salınmış gizli tarlada narkotik bitkilərin yetişdirildiyi təsdiqlənib.