12.6.2012
  
Sultan Kösenin boy artımını tənzimləyən vəzisindəki problem aradan qaldırılmışdır.
2009-cu ildən bəri dünyanın ən hündür insanı sayılan Sultan Kösenin boyu daha artmayacaqdır.
12.6.2012
  
Böyük Britaniyanın «British Midland International» aviaşirkəti (BMI) tərəfindən bu gün yerinə yetirilən 926 saylı Bakı-London aviareysi təxirə salınıb. Aviaşirkətin Bakı ofisindən verilən məlumata görə, aviareysin təxirə salınmasının səbəbi təyyarənin cədvələ uyğun olaraq saat 07:40-da Bişkəkdən (Qırğızıstan) Bakıya gəlməməsi ilə bağlıdır.
12.6.2012
  
“Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan sərhədini 15 gün müddətində 103 min insan keçib. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
12.6.2012
  
Azərbaycan paytaxtı dünyanın ən bahalı şəhərləri siyahısında 2011-ci ilə nisbətən 1 pillə geriləyərək 49-cu yeri tutub.
12.6.2012
  
İyunun 13-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21, gündüz 31-36 dərəcə isti olacaq.
11.6.2012
  
“Eurovision” mahnı müsabiqəsinin ötənilki qalibləri ilə builki qalibi Rusiyanın paytaxtı Moskvada görüşəcəklər. Eldar Qasımov və Nigar Camal yarışmanın builki qalibi Lorinlə (Loreen) Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Eurovision” müsabiqəsinə həsr olunmuş xüsusi gecədə iştirak edəcəklər. Gecədə qaliblərlə yanaşı, “Eurovision-2012”də Azərbaycanı təmsil etmiş Səbinə Babayeva və Rusiya təmsilçiləri “Buranovskiye babuşki” qrupu da çıxış edəcəklər.
11.6.2012
  
Dünyaca məşhur kolumbiyalı müğənni Şakira Bakıya gələcək. Kolumbiyalı müğənnini Bakıya gətirən təşkilatçı Nahid Emiloğludur.
11.6.2012
  
Bu gündən Bakı Metropoliteninin «28 May» stansiyasının əsas giriş-çıxışı təmirə bağlanıb. Metropolitendən verilən məlumata görə, stansiyanın Salatın Əsgərova küçəsində yerləşən giriş-çıxışı isə fəaliyyətini davam etdirəcək.
12.6.2012
  
"Buta" İncəsənət Mərkəzi Bakıda Nino Katamadze & Insight qrupunun konserti və “Green” albomunun təqdimatını təşkil edir. Konsert 2 iyul Yaşıl Teatrda keçiriləcək. Nino Katamadze & INSIGHT -bu, çətin, ağıllı musiqidir. Qrupun mahnıları insan həyatının əbədiliyi haqqında düşünməyə, ümid etməyə vadar edir. Bu musiqi ciddi incəsənətə qiymət verməyi bacaranlar üçündür.
11.6.2012
  
Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “İrəli” İctimai Birliyinin (İB) nəzdində fəaliyyət göstərən tibb klubu tərəfindən 14 iyun - Dünya Qan Donoru Gününə həsr olunmuş seminar keçiriləcəkdir.
11.6.2012
  
Perunun paytaxtı Limadan 30 kilometr cənubda yerləşən Paçacamacdakı min illik məzarda arxeoloqlar tərəfindən qorxunc kəşf edilib.
11.6.2012
  
Müğənni Elnur Məmmədov sözləri və musiqisi Aygün Quliyevaya aid olan “Dönərəm” adlı mahnıya klip çəkdirib.
11.6.2012
  
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Tipli Səhmdar Cəmiyyətinin inşaatçıları tərəfindən Girdimançaydan Ağsu şəhərinə su xətti çəkmək məqsədilə torpaq işləri görülərkən Bakı-Göyçay magistral yolunun şimal tərəfində Kəlağaylı kəndi ərazisində I-II əsrlərə aid qəbirlər üzə çıxıb.
11.6.2012
  
Qoç - Asanından tutmuş çətininə qədər müxtəlif məsələlərin həlli üçün əlverişli gündür. Bütün çətinliklərin öhdəsində gələ biləcəksiniz. Üstəlik, seçdiyiniz üsullar səy tələb etməyəcək. Həmkarlarınız və partnyorlarınızla fikir ayrılıqları mümkündür. Lakin hamı sizin nöqteyi-nəzərinizin düzgün olduğunu qəbul edəcək. Sadəcə olaraq, bunun geci-tezi var.
11.6.2012
  
İyunun 12-də Bakı və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
11.6.2012
  
Bakıda avtobus yanıb kül oldu. Hadisə yerində olan şahidlərdən biri məlumat verərək bildirib ki, yanğın Sumqayıtdan Bakı istiqamətinə gələrkən Bakı Beynəlxalq Avtovağzalına 100 metr qalmış baş verib.
11.6.2012
  
Avstraliyanın Melburn şəhərindəki ailələrdən birində saxlanan Rupert dünyanın ən böyük pişiyidir.
11.6.2012
  
Mədəniyyət və Turizm Nazirliyi bu gündən Azərbaycanın turizm bölgələrindəki mehmanxana və mehmanxana tipli obyektlərdə yoxlamalar aparmağa başlayıb.
8.6.2012
  
Azərbaycanın populyar estrada müğənnisi İlhamə Qasımovanın "Bei Mir Bist Du Scheen" mahnısı və bu mahnıya çəkilmiş klipi məşhur "EMMAwards" mükafatına layiq görülüb.
8.6.2012
  
İyunun 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 24-29 dərəcə olacaq.