25.5.2012
  
İngiltərəli doblyor 41 yaşlı Qari Konneri qəribə bir təcrübə həyata keçirib. Konneri paraşüt və heç bir qoruyucu vasitədən istifadə etmədən havada uçan helikopterdən yerə tullanıb. Sürəti saatda 130 kilometrə çatan Qari Konneri yerə yığılmış 18 000 ədəd karton qutunun üstünə düşüb.
25.5.2012
  
Gənc rəssam Orxan Hüseynovun rəsm əsərlərindən ibarət fərdi sərgisi 012 Baku Public Art Festival çərçivəsində Əziz Əliyev küçəsində keçiriləcək.
25.5.2012
  
Alman alimləri müəyyən etmişlər ki, sosial gərginlik şəraitində kişilər əvvəllər hesab edildiyi kimi aqressiv deyil, ünsiyyətcil olurlar.
25.5.2012
  
Ontario əyalətinin Vaterloo Universitetindən olan kanadalı mühəndislər uçan mikrorobot hazırlamışlar. Məkanın bir hissəsindən digərinə hərəkət üçün robot nə mikroskopik qanadlardan, nə də kiçik həcmli mühərrikdən, yerin maqnit sahəsindən istifadə edir.
24.5.2012
  
Mayın 23-də Dünya İqtisadi Forumu “Ticarət üçün əlverişli şərait 2012” adlı hesabatını dərc edib. 2 ildən bir dərc olunan hesabatda dünyanın 132 ölkəsində ticarət sahəsindəki vəziyyət təhlil olunub.
24.5.2012
  
Avstraliyalı cütlük Rayan və Frenk Van Hornun toy rəqsi ingilisdilli internet saytlarında əsl gurultu qoparıb. Gənclər mühafizəkar ənənələrdən qaçaraq, sentimental musiqinin müşayiəti ilə akrobatik elementlərlə bol atəşli rəqs ifa ediblər.
24.5.2012
  
Eurovision Mahnı Müsabiqəsi 2012 çərçivəsində qonaqlar daha bir maraqlı layihənin şahidi olublar. Mətbuat Mərkəzində yerli və əcnəbi jurnalistlərə, eləcə də fanatlara Azərbaycan süfrəsinin tacı hesab edilən plov təqdim edilib. Plov rəqqasların müşaiyəti ilə zala gətirilib.
24.5.2012
  
Britaniyalı kaskadyor Qari Konneri (Gary Connery) vertalyotla 730 metr hündürlükdən paraşütsüz tullanıb. Bu indiyə qədər ən hündür məsafədən paraşütsüz tullanmaqda rekord göstərici sayılır.
24.5.2012
  
Bakıda 20 nömrəli məktəb-liseydə Distant Təhsil Mərkəzinin açılış mərasimi və www.mesafedenmekteb.edu.az internet portalının təqdimatı olub.
24.5.2012
  
Qoç - Yaxşı gün deyil. İşdə xeyli probleminiz yaranır. İstirahət, gücünüzün bərpası üçün bir dəqiqə də olsun, boş vaxtınız yoxdur. Mənəvi tarazlığınızı qoruyub saxlamaq çətin olacaq. Sizə hərdən elə gəlir ki, ətrafınızdakıların hamısı sizə düşmən kəsilib, yer ayağınızın altından qaçır. Ancaq bu günün bütün problemlərini həll etmək mümkündür. Belə fikirləşin - əhvalınız yüksələcək.
24.5.2012
  
Azərbaycanın bir sıra çaylarında suyun səviyyəsi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayda suyun səviyyəsi 6, Kürəkçayda 14, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda 32 santimetr artıb.
25.5.2012
  
Rusiyanın Udmurtiya Respublikasının rəhbəri Aleksandr Volkov “Avroviziya 2012” mahnı müsabiqəsinin finalına çıxmış “Buranovskiye babuşki” qrupunun üzvlərinə xalq artisti adı verib. Sərəncam mayın 25-də imzalanıb. Xalq artisti adı alan nənələr bunlardır: Natalya Puqaçova, Qranya Baysarova, Zoya Dorodova, Qalina Koneva, Yekaterina Şklyayeva, Valentina Pyatçenko, Alevtina Beqişova, Olqa Tuktaryova.
24.5.2012
  
“Eurovision” mahnı müsabiqəsinin ilk qalibi Lis Assia Bakıya gəlib. GoMap-ın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbər görə, Bakıdakı şounu izləyən fəxri qonaqlar sırasında yarışmanın ilk qalibi Lis Assia (Lys Assia) da var. Ötən gün Bakıya gələn Lis Assia bu gün keçiriləcək «Eurovision 2012»nin yarımfinal və mayın 26-dakı final mərhələsini izləyəcək.
25.5.2012
  
Alman avtokonserni BMW-yə yeni dizayner təyin olunub. GoMap.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, iyunun 1-dən etibarən şirkətin baş dizayneri Livan əsilli, kanadalı mütəxəssis Kərim Həbib olacaq.
24.5.2012
  
Mayın 23-də Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision 2012» müsabiqəsi ərəfəsi Bakı «EuroKlubun»da Dima Bilan və Nigar Camalın solo albomlarının, eləcə də yeni kliplərinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Ukraynada çəkilən klipin rejissoru Aleksey Lamaxdır. Məhz adı çəkilən ukraynalı rejissor Nigar Camalın "Crush on you" və "Never let you go" musiqili sosial videoçarxını çəkib.
24.5.2012
  
Azərbaycanın xalq artisti Zöhrab Adıgözəlzadə uzun sürən xəstəlikdən sonra bu gün səhər saat 08:30-da vəfat edib.
24.5.2012
  
Bakı və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
25.5.2012
  
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) zəlzələ zamanı davranış qaydalarını açıqlayıb.
24.5.2012
  
Mayın 23-də Bakı Funikulyoru əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.
24.5.2012
  
Azərbaycanın mobil rabitə operatoru olan «Nar Mobile» şirkəti «British Council» ilə birgə abunəçilərinə yeni «Mobil ingilis dili» layihəsini təqdim edib.