10.5.2012
  
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2006-cı ilədək olan stajlar barədə məlumatları tam topladıqdan sonra pensiyanın təyinatını avtomatlaşdıracaq. Bunu DSMF sədri Səlim Müslimov bildirib.
10.5.2012
  
Çində "Airbus A380" avialaynerinin salonunu xatırladan yeni restoran istifadəyə verilib. Restoran lüks və çox bahalıdır. Burada bir adamlıq nahar ən azı 1230 dollara başa gəlir.
10.5.2012
  
Mərhum britaniyalı müğənni Emi Uaynhausun öz qanı ilə çəkilmiş portreti satışa çıxarılıb.
10.5.2012
  
Zaqatala rayonunda yenidən zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ mayın 10-da yerli vaxtla saat 06.33-də Zaqatala rayon mərkəzindən 13 km cənubda qeydə alınıb.
10.5.2012
  
Azərbaycan şou-biznesində daha bir xanım müğənni subaylığın daşını atacaq. Tanınmış müğənni Xatirə İslam ailə qurmağa hazırlaşır.
8.5.2012
  
“Gələn ay keçiriləcək İstanbul Şoppinq Festivalda Azərbaycanın birincilik əldə edəcəyini gözləyirik”. Bunu İstanbulda “İstanbul Shopping Festival -2012”nin təqdimatı məqsədilə xarici jurnalistlər üçün keçirilən tədbirdə festivalın İcra Komitəsinin həmsədri Hakan Kodal bildirib.
8.5.2012
  
Mayın 10-da Şağan Olimpiya İdman Kompleksində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi boks turnirinə start veriləcək. Boks Federasiyasından  verilən məlumata görə, yarışda Azərbaycan komandası ilə yanaşı, 9 ölkə - Macarıstan, Bolqarıstan, Rusiya, Özbəkistan, Ukrayna, Qazaxıstan, İsrail, Gürcüstan və Hindistan milli komandaları da iştirak edəcəklər.
8.5.2012
  
Quba rayonu ərazisində, Vəlvələçay üzərində yerləşən 118 metrlik körpü qəzalı vəziyyətə düşüb. Bu səbəbdən Gəndob-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bakıdan Qubaya və Rusiya Federasiyası sərhədinə gedən avtomobillər Xaçmaz rayonundan keçməklə hərəkət edir.
8.5.2012
  
Ali Məhkəmənin təşəbbüsü ilə "Azərbaycanca-ingiliscə hüquq lüğəti" adlı kitab nəşr edilib. Lüğət Ramiz Rzayev, Rafiq Novruzov və Könül Əliyeva tərəfindən birgə hazırlanıb. Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, "Azərbaycanca-rusca izahlı hüquq lüğəti"ndən sonra geniş oxucu kütləsinə təqdim olunan, 19 minədək söz və söz birləşməsini özündə əks etdirən bu lüğət hüquqşünaslar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, hüququn inkişafında maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalı məxəz rolunu oynayır.
8.5.2012
  
Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 20 il ötür. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
8.5.2012
  
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi «Baku Crystal Hall»un açılışında iştirak ediblər.
8.5.2012
  
Qoç - Hadisələrin axarını dəyişmək üçün cəhd göstərməsəniz, gününüz cansıxıcı, maraqsız və boz keçəcək. Həyatınıza müxtəliflik qatmaq şanslarınız var, bunun üçün bir qədər fantaziya və aktivlik tələb olunur.
8.5.2012
  
Azərbaycanda «Microsoft IT Academy» layihəsinə start verilib. İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, «Microsoft» korporasiyasının ilk tədris mərkəzi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) açılacaq. Layihənin məqsədi universitetdə «Microsoft» tədris proqramları üzrə mütəxəssislərin yetişdirilməsinə nail olmaqdır.
8.5.2012
  
Bakı və Abşeron yarımadasında mayın 9-da hava şəraitinin dəyişkən buludlu, səhər zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
8.5.2012
  
"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi ərazilərində avtomobillərin parklanmasına qadağa qoyulacaq.
8.5.2012
  
ABŞ-ın Santa-Fe (Nyu-Meksiko ştatı) şəhərində ola bilsin ki, bütün dünyada ən kök pişik olan Myau ölüb. 18 kiloqramlıq pişik mayın 5-də vəfat etsə də, bu barədə yalnız indi xəbər veriblər.
8.5.2012
  
“Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsində rəsmi tərəfdaş olan Heydər Əliyev Fondu son hazırlıq mərhələsində bütün proseslərdə aktiv iştirak etməklə yanaşı, layihə çərçivəsində daha bir humanist aksiya gerçəkləşdirir.
7.5.2012
  
Acı Çili istiotu yeyən adamların həmişə tərləmələri bir müddət əvvəl Kaliforniya Universitetinin tədqiqatçılarının diqqətini cəlb etmişdi. Bu da kəskin qidanın bədənin temperaturunu artırmasından artıq kiloların itirilməsi üçün istifadə edilməsinin mümkünlüyünü sübut edir.
7.5.2012
  
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirəcək.
7.5.2012
  
Qoç - Əla gündür. Demək olar ki, baş verən bütün hadisələr sizi sevindirəcək. Asanlıqla uğur qazanırsınız. Entuziazmla başladığınız bütün işlər gözəl alınır. Dostlarınızın və yaxınlarınızın dəstəyinə güvənə bilərsiniz. Uşaqlarla və digər kiçik yaşlı qohumlarınızla ünsiyyətdən həzz alacaqsınız. Onların yaxşı əhvalı sizə də sirayət edəcək.