4.5.2012
  
Yaponiyanın paytaxtı Tokionun qərbindəki Sagamihara şəhərindəki evindən qaçan tutuquşu, yaxınlıqdakı otelin müştərisinin çiyninə qonub. Onun sahibini tapa bilməyən müştəri, tutuquşunu polisə aparıb.
4.5.2012
  
Bakı Metropoliteninin stansiyalarının perronlarında yerləşdirilmiş stansiyaların ardıcıllıq göstəriciləri elektron tablolarla əvəz edilir.
4.5.2012
  
Sizə Bakı şəhərinin pərakəndə ticarət şəbəkəsində əsas ərzaq məhsullarının satış qiymətlərini təqdim edirik.
4.5.2012
  
İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, bu ay Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxt küçələrində yarana biləcək avtomobil sıxlığını nəzərə alaraq istər rayonlardan Bakıya gələn, istərsə də Bakıda qeydiyyatda olan avtomobil sahibləri şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər.
4.5.2012
  
Mayın 12-13-də Bakıda sərbəst güləş üzrə böyüklər arasında dünya Kuboku yarışları keçiriləcəkdir.
Azərbaycan Güləş Federasiyasından bildirilmişdir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcəklər.
3.5.2012
  
"İpsos" şirkətinin Reuters agentliyi üçün 20 ölkədə 16 mindən çox respondent arasında apardığı sorğuya görə hər yüz nəfərdən 15-i yaşadıqları dövrdə qiyamətin baş verəcəyinə inanır.
4.5.2012
  
2012/2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərdən ərizə qəbulu davam edir.
3.5.2012
  
Əslən Kiprdən olan britaniyalı müğənni Tulisa Kontosavlos dünyanın ən gözəl xanımı seçilib.
3.5.2012
  
Avropa Yayımları Birliyi (EBU) Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsində iştirak etməkdən imtina etdiyinə görə Ermənistanı cərimə edib. EBU-nun qərarına əsasən, Ermənistan müsabiqədə iştiraka görə tələb olunan haqqı ödəməli, üstəlik cərimə olaraq bu məbləğin 50%-ni də əlavə verməlidir.
3.5.2012
  
Bu ilin mart ayı ərzində Bakı Metropolitenindən 17 mln. nəfər sərnişin yararlanıb ki, bu da əvvəlki aya nisbətən 12,6% çoxdur.
3.5.2012
  
Azərbaycan Turizm İnstitutunun (ATİ) tələbəsi Beynəlxalq Tələbə Elmi Festivalında birinci yerə layiq görülüb. İnstitutun mətbuat xidmətindən çərşənbə günü verilən məlumata görə, bu yaxınlarda Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetində Beynəlxalq Tələbə Elmi Festivalı keçirilib.
4.5.2012
  
"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıdakı bəzi səhiyyə müəssisələri gücləndirilmiş rejimdə işləyəcək. Bunu cümə günü Bakı Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib.
Onun sözlərinə görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Kliniki Tibbi Mərkəz, 2 saylı Şəhər Kliniki Uşaq Xəstəxanası, 5 saylı Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsi, 5 saylı Doğum Evi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
3.5.2012
  
Dəmir yolunda istismar olunan yük və sərnişin vaqonlarının əsaslı təmirini həyata keçirmək üçün gələcəkdə iki zavodun tikintisi nəzərdə tutulur. Bununla bağlı yerli və xarici şirkətlər öz xidmətlərini təklif edirlər.
3.5.2012
  
Qoç - Darıxdırıcı, boz gündür. Şücaət göstərmək, macəralara qoşulmaq, heç olmasa şəraiti dəyişmək arzusundasınız. Amma heyhat: olduğunuz yerdə qalmalı, gördüyünüz işi davam etdirməli və həyatınızda heç nəyin baş vermədiyini düşünməklə vaxt keçirməli olacaqsınız.
3.5.2012
  
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu illiyi ilə əlaqədar hazırlanmış "Azərbaycanın təhsil tarixi" kitabının cümə axşamı təqdimatı keçirilib.
3.5.2012
  
Şuşanın tarixi və bu şəhər haqqında bütün məlumatlar dərsliyə salınmalıdır. Bunu cümə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
3.5.2012
  
Sarımsağın tərkibindəki birləşmə "campylobacter" adlanan və zəhərlənmə əmələ gətirən geniş yayılmış bakteriyalarla antibiotiklərin iki tipindən 100 dəfə daha səmərəli mübarizə aparır.
3.5.2012
  
“Dənizdən çəkilən «Baku Crystal Hall» həqiqətən də möhtəşəmdir!”, bu fikirləri “Eurovision” mahnı müsabiqəsinin təşkilatı məsələlər üzrə rəhbəri (event supervisor) Sietse Bakker “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
3.5.2012
  
ABŞ-ın Kaliforniya ştatında maraqlı hadisə yaşanıb. Polis tərəfindən saxlanılaraq kameraya salınmış tələbəni orada unudublar.
3.5.2012
  
Türkiyənin Muş bölgəsində yaşayan Nizaməddin Tuncərin bağçasındakı toyuq hinində saxladığı Haqqı adlı xoruz yumurtlayıb. Yeşilyurt məhəlləsindəki "Şehit Ömer Büyüktapu" küçəsində yaşayan Nizaməddin Tuncərin dediyinə görə, xoruzunun hində yaman səs-küy saldığını eşidincə o, bağçaya yollanıb.