30.3.2012
  
Azərbaycanın “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva Böyük Britaniya, Niderland və Macarıstana səfər edəcək. Təmsilçimiz qeyd olunan ölkələrin London, Amsterdam və Budapeşt şəhərlərində çıxışlar edəcək. Səbinə Babayeva onu da deyib ki, “Baku Crystal Hall” səhnəsində ifa edəcəyi "When The Music Dies" mahnısının Azərbaycan versiyası hazırlanır.
30.3.2012
  
Gəncədə daha bir Bayraq Meydanı inşa edilir. Sayca üçüncü olacaq Bayraq Meydanı Gəncənin Bakı istiqamətindən girişində yeni tikilən Gəncə qapıları və qala kompleksinin qarşısında inşa edilir.
29.3.2012
  
GoMap.Az Trend Life-a istinadən xəbər verir ki, gənc ifaçı Aynişan 21 yaşını özünə yaxın insanların əhatəsində qeyd edib. Populyar teleaparıcılar Zaur Baxşəliyev və Günay Qələndərli, müğənnilər Zaur Əmiraslanov və Çingiz Mustafayev ifaçını təbrik etməyə gəlmiş qonaqlar arasında olublar…
29.3.2012
  
Martın 28-də Muzey Mərkəzində “Mənim Azərbaycanım” fotomüsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Facebook.com sosial şəbəkəsində Gomap.az internet portalı tərəfindən keçirilən müsabiqə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənmişdir. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Gomap.az internet portalının rəhbəri Elçin Əliyev layihə haqqında geniş məlumat vermişlər. Bildirilmişdir ki, Gomap.az elektron xəritəsi dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook.com ilə inteqrasiya olunmuşdur.
29.3.2012
  
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin ölkənin beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
29.3.2012
  
Tanınmış yazıçı, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın “Nobel” mükafatına namizədliyi qeydə alınıb. Bu barədə “kulis.az”-a açıqlamasında yazıçı özü məlumat verib.
29.3.2012
  
Yaponiyanın Honsyu adasındakı Toçiqi vilayətində Asikaha çiçəklər parkı var. Parkın sahəsi 8,2 hektardır. Sizə bu əsrarəngiz gözəlliyə malik cənnət məkanının fotolarını təqdim edirik.
29.3.2012
  
Azərbaycan şəhərlərinin simvol və gerblərinin seçilməsi qanunvericiliklə müəyyənləşdirilə bilər. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, Azərbaycanın şəhərləri haqqında ayrıca qanun layihəsinin hazırlanması müzakirə olunur.
29.3.2012
  
Yaponiyada Yukino və Otani şəhərləri arasında 20 metrlik qarda yolu təmizləyirlər.
29.3.2012
  
Martın 29-da Londonun Wellcome Collection qalereyasında «Beyin: şüur materiya kimi» ekspozisiyası açılır. Burada Böyük Britaniyada ilk dəfə olaraq dahi alim Albert Eynşteynin beyni nümayiş olunacaq.
29.3.2012
  
Yayın sonlarında Batumidə orijinal fəvvarə açılacaq. Sahilyanı Qoqebaşvili küçəsində fəvvarəli qüllə tikiləcək. Oradan həftədə 10-15 dəqiqə su əvəzinə gürcü çaçası (üzüm arağı) axacaq.
29.3.2012
  
Qoç - İstənilən işdə, hətta qabaq gücünüz çatmayan məsələlərdə əla nəticələr əldə edə bilərsiniz. Rəhbərliklə və iş ortaqları ilə fikir ayrılıqlarını aradan qaldırmaq, ətrafınızdakılara haqlı olduğunuzu sübut etmək imkanınız yaranacaq. Uğuruna şübhə etmədən tamamilə yeni bir işə başlaya bilərsiniz.
Asanlıqla yeni tanışlar tapır, ilk dəfə gördüyünüz insanlarla illərlə tanıyırmışsınız kimi davranırsınız. Yaxınlarınızla ünsiyyət də xoş olacaq: ortaq maraqlar və hadisələrə oxşar yanaşma sizi birləşdirir.
29.3.2012
  
Azərbaycanda 3000-ə yaxın yeni aşkarlanmış tarixi abidə var. Bunu cümə axşamı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.
29.3.2012
  
Maraqlı və rəngarəng video dərslər vasitəsi ilə körpələrinizə həm ingilis dilini öyrənməyə həm də, müəyyən biliklərə yiyələnməyə kömək edəcəksizniz.
29.3.2012
  
ABŞ-ın «Boeing» Korporasiyası yaxın günlərdə «Boeing-787 Dreamliner» sərnişin təyyarəsinin dünya ölkələri üzrə təqdimat turu keçirəcək.
29.3.2012
  
Türkiyənin Bilkənd Universiteti musiqi liseyinin şagirdi, gənc azərbaycanlı virtuoz musiqiçi Elvin Xoca Qəniyev martın 18-dən 23-dək Madriddə keçirilmiş “Noche en Madrid” Beynəlxalq müsabiqəsinin qalibi olmuşdur.
29.3.2012
  
“Təbii fəlakətlə əlaqədar sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin olunması üçün bütün lazımı işlər görüləcək”. Bunu Şamaxı rayonunun Muğanlı kəndində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlərlə görüş keçirən fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib
29.3.2012
  
Danimarkalı 2 yaşlı uşaq video portal “You-Tube”un yeni fenomeni olub. Kristina və Peter cütlüyünün övladı Uilyam Stokkebronun rəqs meydançasında nümayiş etdirdiyi Rock&Roll tərzi şounu tamaşaçılar yüksək qiymətləndirib.
28.3.2012
  
Qısametrajlı filmlər festivalı Future Shorts Azərbaycanda, "Nizami" kino mərkəzində keçiriləcək. Bu festivalın təşkilatçısı "Yarat! Contemporary Art Space"dir.
28.3.2012
  
Martın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, yağıntıların gündüz kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.